“Saxta din xadimi oğru və kriminal müasir erməni cəmiyyəti daha böyük təsir gücünə malikdir” Hadisə

“Saxta din xadimi oğru və kriminal müasir erməni cəmiyyəti daha böyük təsir gücünə malikdir”

Mübariz Əhmədoğlu: "Arxiyepiskop Martirosyanın Qarabağı Azərbaycana qaytarmaq barədə fikirləri Edvard Cerecyanın analoji mövqeyinin taleyini yaşamayacaq"

"Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının zəruriliyini başa düşən nüfuzlu ermənilərin sayı artır. Hələlik bu sırada sonuncu adam Erməni Apostol Kiləsinin Dağlıq Qarabağ yeparxiyasının başçısı, arxiyepiskop Pargev Martirosyandır". Bunu "Trend"ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq bildirib ki, bir az öncə Dağlıq Qarabağda azərbaycanlıların və ermənilərin birgə yaşayışının zəruriliyini populyar erməni sosioloqu A.Adıbekyan bildirmişdi. Dağlıq Qarabağ münaqişəsini və müharibəsini qızışdıran keçmiş "Qarabağ" komitəsinin üzvü Aşot Manuçaryan hətta sensasiya hesab ediləcək mövqe bildirmişdi: "Guya Levon Ayrapetyan erməni və Azərbaycan xalqlarını barışdırmaq üçün dialoq qurmağa hazırlaşırmış. Buna görə də onu həbs etdilər. 1997-ci ildə Levon Ter-Petrosyanın Dağlıq Qarabağ münaqişəsini tənzimləmək variantı da diqqətimizdədir. Eks-prezident L.Ter-Petrosyanın beynəlxalq məsələlər üzrə müşaviri Liparidyan da ara-sıra Dağlıq Qarabağın və ətraf rayonların Azərbaycana qaytarılmasından danışıb. Lakin müasir mərhələdə Azərbaycanın işğal olunmuş ərazilərinin Azərbaycana qaytarılmasınıın zəruriliyi barədə ən sanballı və eləcə də ən son fikrin müəllifi erməni mənşəli amerikan diplomatı, C.Buşun müsəlman dünyası üzrə müşaviri işləmiş Edvard Cerecyandır. Bu təhlildə əsas diqqəti Edvard Cerecyan və arxiyepiskop P.Martirosyanın fikirlərinə yönəltmişik".
Onun sözlərinə görə, 2012-ci ilin noyabrında Edvard Cerecyan ABŞ-ın Kaliforniya ştatının Pasadena ştatında Türkiyənin Yaxın Şərq siyasəti barədə mühazirə oxuyarkən ermənilərin Ermənistanın vəziyyəti və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı suallarına da cavab verdi: "E.Cerecyan Ermənistanın perspektivləri barədə pessimist olduğunu bildirdi. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində isə E.Cerecyan Ermənistana məsləhət bildi ki, işğal olunmuş əraziləri təcili sürətdə Azərbaycana qaytarsın və bunun əvəzində Azərbaycandan nə bacarırsa alsın. Zaman Ermənistanın xeyrinə işləmir. Azərbaycanın xeyrinə işləyir. Azərbaycan dəlicəsinə silahlanır. 2014-cü ildə müharibəni başlayacaq".
Politoloq deyib ki, erməni xalqının tarixində ən yüksəyə qalxmış üç-dörd ermənidən biri olan E.Cerecyanın ağlı, savadı, dünyagörüşü Ermənistan rəhbərliyi üçün nüfuz mənbəyi ola bilmədi, əksinə onu tənqid atəşinə tutdular: "Üstündən iki il keçmiş arxiyepiskop P.Martirosyan öz təcrübəsinə əsaslanaraq bildirir ki, biz Dağlıq Qarabağ ətrafındakı rayonlardan bəzilərini Azərbaycana qaytarmalıyıq. Yeri gəlmişkən, P.Martirosyanın açıqlamaları həm də danışıqlar prosesi barədə mühüm mənbəyə çevrildi. Onun dediklərindən belə başa düşmək olur ki, Dağlıq Qarabağ ərafındakı rayonlar Azərbaycana qaytarılmalıdır. Dağlıq Qarabağla Ermənistanı birləşdirən Laçın dəhlizinin eni bir neçə on metr olmalıdır. Laçın dəhlizini ermənilər qorumayacaq. Azərbaycanlılar Dağlıq Qarabağa qayıdıb, ermənilərlə birgə 15 il yaşadıqdan sonra Dağlıq Qarabağın statusu barədə referendum keçirilməlidir. P.Martirosyan bu məlumatları Madrid Prinsiplərindən götürülüb. Martirosyana görə, o, bütün erməni xalqı kimi Madrid Prinsiplərinin əleyhinədir. Yada salaq ki, Soçi görüşündə Ermənistan prezidenti S.Sərkisyan Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində xüsusi rolunu rədd edib, ATƏT MQ-nin Madrid Prinsiplərini seçmişdi".
M.Əhmədoğlu deyib ki, P.Martirosyan özünü və erməni xalqını Serj Sərkisyana müxalif hesab edir: "Eləcə də P.Martirosyanın bəzi fikirləri Dağlıq Qarabağın de-fakto rəhbərlərinin də fikirlərinə müxalifdir: Dağlıq Qarabağ rəhbərliyi son hərbi gərginliyin sakitləşməsini erməni ordusunun fəaliyyətinin nəticəsi hesab edirlər. P.Martirosyan isə gərginliyin azalmasını V.Putinin Soçi görüşü ilə əlaqələndirir. Qayıdaq P.Martirosyanın fikirlərinin ana süjet xəttinə; Dağlıq Qarabağ Azərbaycana qayıdacaq. Bu məsələdə P.Martirosyanın fikri E.Cerecyanın fikrindən daha təsirli rol oynayacaq. Çünki P.Martirosyan saxta din xadimidir. Din xadimi silahla adam öldürməz. P.Martirosyan Qarabağı işğal edən erməni ordusunun quldur döyüşçülərindən biridir. P.Martirosyan oğrudur. Onun iki ədəd ikona oğurlaması və satdırması barədə məlumatlar geniş yayılıb. Martirosyan kriminal keçmişə malikdir. Saxta din xadimi, oğru və kriminal müasir erməni cəmiyyəti üçün savadlı diplomata nisbətən daha böyük təsir gücünə malikdir. Saxtalıq, oğurluq və kriminallıq müasir erməni cəmiyyətində ideallaşdırılır.
Bizə Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərimiz lazımdır. Bu ərazilərimizi qaytardıqdan sonra Zəngəzur və digər tarixi torpaqlarımız barədə fikirləşəcəyik".