Azərbaycanda 500 nəfər karantindədir - Açıqlama Hadisə

Azərbaycanda 500 nəfər karantindədir - Açıqlama

Hazırda respublikada 3 nəfər koronavirus daşıyıcısı var. Vəziyyətləri stabildir. Həkim nəzarəti altındadırlar.
Bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı keçirilən brifinqində deyib.
“29 fevral tarixindən İranla sərhəddə məhdudlaşdırılmış rejim tətbiq olundu. İrandan Azərbaycana keçmək istəyənlər isə Tehran səfirliyinin baş konsulluğu vasitəsilə ölkəyə daxil olurlar. Onların bütün marşrutları karantin olunan sahəyə qədər planlaşdırılıb", - şöbə müdiri bildirib.
Yeganə Qarayeva qeyd edib ki, karantində olan şəxslərdən laborator diaqnostika nümunələri alınır:
“COVİD-19 yeni virus olduğu üçün laborator nümunələri yenidir. Bu virusun diaqnostikası sadəcə Operativ Qərargah tərəfindən təyin olunmuş laboratoriyada ola bilər. Hazırda 500 nəfər karantində müşahidə altındadır. Onlardan hazırda diaqnostika üçün nümunələr götürülüb. Heç kimdə xəstəlik aşkar olunmayıb. Lakin 14 gün karantində qalacaqlar. Onların böyük qismi Azərbaycan vətəndaşıdır”.