Koronavirusu soyuqdəymə və allergiyadan necə ayırmaq olar? Hadisə

Koronavirusu soyuqdəymə və allergiyadan necə ayırmaq olar?

Çində başlayan koronavirusu dünyaya yayılmağa davam edir. Bəs bu virusu xəstəliklərdən necə ayırmaq olar?
Tənəffüs yollarına təsir edən koronavirusunun bir çox əlaməti var. Koronavirusu xəstələrinin göstərdiyi simptomlar bəzən qrip və allergiya əlamətləri ilə səhv anlaşıla bilər.
Koronavirus simptomlarını qrip və allergiyadan ayrıd etməyin bir çox yolu var?
Koronavirusun əsas əlamətləri olaraq; Atəş, yorğunluq, öskürək, quru öskürək, nəfəs almaqda çətinlik göstərilir. Bəzən xəstələrdə ağrı, axan burun, boğaz ağrısı və ishal da ola bilər.
Covid-19-nu digərlərindən fərqləndirən ən əsas simptom ağır tənəffüsdür. Soyuqdəymə və qripdə tənəffüs çətinliyi müşahidə edilmir, lakin bu simptom bəzən allergiyası olan xəstələrdə rast gəlinir.
Soyuqdəymədə görülən əsas simptomlar isə asqırma, burun tutulması və boğaz ağrısıdır.
Asqırma və burun tutulması korona virusunda görünməsə də, bəzi xəstələrdə boğaz ağrısı olur. Bununla birlikdə koronavirusun simptomları olan nəfəs alma çətinliyi, öskürək və quru öskürək kimi xüsusuiyyətlər soyuqdəymədən əziyyət çəkən xəstələrdə görülmür.
Korona virusunun ən çox bənzədiyi xəstəlik növlərindən biri də qripdir. Virusun səbəb olduğu bu iki xəstəliyin simptomları çox oxşardır. Atəş, yorğunluq və quru öskürək hər iki xəstəlikdə var.
Ancaq Covid-19 xəstələrinin əksəriyyətində tənəffüs çətinliyi görülsə də, qripi olan insanlarda bu simptom nəzərə çarpmır.
Soyuqdəymə kimi, allergiya simptomlarını koronavirusundan ayırmaq nisbətən asandır. Allergiyanın əsas simptomları arasına asqırma, burun axması, burun şişkilniyi və gözlərin sulanması daxildir.
Allergiyada bəzən yorğunluq, quru öskürək və nəfəs darlığı nəzərə çarpsa da, allergiyası olan xəstələrdə koronavirusun əsas əlamətlərindən biri olan qızdırma aşkar edilmir.