DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb
Dövlət Agentliyi: İstehlakçıların aldadılması halları ilə bağlı 17 inzibati protokol tərtib olunub
Baş Prokurorluq və DİN 25 il əvvəl törədilmiş qətlin üstünün açılması barədə birgə məlumat yayıb
Premyer Liqa klubu “Borussiya Dortmund”un futbolçusunu istəyir
31 Mart 2020 22:19
2 275
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev martın 31-də növbəti videoqəbul keçirərək, əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb.
Axar.az xəbər verir ki, videoqəbulun Azərbaycanlıların Soyqırımı Gününə təsadüf etdiyini xatırladan komitə sədri tarixin müxtəlif mərhələlərində erməni millətçilərinin soydaşlarımıza qarşı həyata keçirdikləri etnik təmizləmə, deportasiya və qırğınların, ümumən, bəşəriyyətə qarşı amansız cinayət olduğu, bu cinayətin qurbanlarının xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını bildirib.
Daha sonra komitə sədri koronavirusla mübarizə çərçivsində atılan addımlara toxunub və hər bir vətəndaşın, o cümlədən qaçqınların və məcburi köçkünlərin mövcud fövqəladə şəraitlə bağlı hökumətin müəyyənləşdirdiyi qaydalara əməl etməsinin vacibliyini vurğulayıb.
Bununla yanaşı, bir daha xatırladılıb ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması dövlətimizin sosial siyasətinin prioritetlərindəndir. Bu il məcburi köçkünlər üçün rekord sayda - 7 min mənzilin istifadəyə verilməsinin nəzərdə tutulduğu, dövlətimizin başçısının bu sahədə işlərin gedişini şəxsən nəzarətdə saxladığı bildirilib. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın, hər zaman olduğu kimi, hazırkı dövrdə də məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərdiyi, onların sağlamlığının qorunması üçün tapşırıqlar verdiyi qeyd olunub.
Komitə sədrinin videoqəbulu üç saatdan çox davam edib. Əksəriyyəti məcburi köçkün olan 30-dan çox vətəndaşın müraciəti dinlənilib və müvafiq qaydada qeydə alınıb.
Xatırladaq ki, videoqəbul növbəlilik əsasında, vətəndaşlara Komitədən zəng edilməklə aparılır.