Beynəlxalq təşkilatların şəffaflıq problemi Hadisə

Beynəlxalq təşkilatların şəffaflıq problemi

Niyaməddin Orduxanlı: "Siyasi partiya, QHT və media rəhbərləri ilə gizli görüşlər bütün diplomatik normalı pozur"
İlkin Ağayev: "Bu cür görüşlər ölkədə gedən proseslərə məkrli müdaxilə etmək niyyətlərindən irəli gəlir"
Fuad Hüseynzadə: "Harada gizlilik varsa, demək orada qeyri-səmimilik var"
Əfsələddin Ağalarov: "Bəzi beynəlxalq təşkilatlar Azərbaycanda gərgin siyasi abu-hava yaratmağa cəhd göstərirlər"
Xanoğlan Əhmədov: "Bu görüşlər gizli xarakter daşımamalıdır"

Ölkəmizdə çoxsaylı QHT-lər, vətəndaş cəmiyyəti institutları timsalında təşkilat və qurumlar, ictimai birliklər fəaliyyət göstərməkdədir. Həmin təşkilatların quruculuq, eləcə də, praktiki fəaliyyətlərində bir çox sferalar, istiqamətlər mövcuddur ki, bütün bunlar yalnız inkişaf və sağlam düşüncəli cəmiyyətin formalaşmasına, maarifləndirilməsinə xidmət edir. Eyni zamanda, tam demokratik və müstəqil şəkildə, genişmiqyaslı layihələr həyata keçirən bu təşkilatlar bütün hallarda, vətəndaş cəmiyyətinin inkişafı müstəvisində maarifçilik prinsiplərinə sadiq qalır, hər bir vətəndaşa yönəltdiyi layihə istiqamətində aşılayıcı rol oynamağa səy göstərir. Qeyd etdiyimiz kimi, bu cür təşkilatlar ölkəmizin demokratik inkişafı sferasında önəm və əhəmiyyət kəsb edirlər. Lakin əfsuslar olsun ki, yuxarıda qeyd olunanalardan fərqli olaraq, qeyri-normal, inkişaf prinsiplərindən kənar QHT-lər də mövcuddur ki, həmin QHT-lər və onların rəhbərləri bilavasitə öz maraqlarına xidmət göstərmək amacları ilə tamamilə zidd mövqelər nümayiş etdirirlər. Təbii ki, bu cür motivlərin arxasında başqa pərdəarxası məqamlar da mövcuddur. Həmin məqamlardan biri də QHT-lərin xarici anti-Azərbaycan meyilli qüvvələr qarşısında müxtəlif, çeşid-çeşid vədlər verib, siyasi öhdəliklər götürmələridir. Belə ki, siyasi partiyalardan fərqli olaraq, xarici ölkələrə daha tez-tez səfərlər edən sözügüdən ictimai birlik rəhbərləri tenderlər, konqreslər, tədbirlər pərdəsi altında gizli görüşlər keçirir, öz çirkin planlarını həyata keçirirlər. Bu barədə kifayət qədər məlumatlar mövcuddur. Ümumiyyətlə beynəlxalq təşkilatların, xarici ölkə rəsmilərinin və diplomatlarının Azərbaycanın siyasi partiya, QHT və media rəhbərləri ilə gizli görüş keçirməsi nə dərəcədə qanunidir? Belə görüşlər diplomatik normalara nə dərəcədə uyğun gəlir?
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı diqqətə çatdırdı ki, beynəlxalq təşkilatların və xarici ölkə rəsmilərinin, diplomatlarının Azərbaycanın siyasi partiya, QHT və media rəhbərləri ilə gizli görüş keçirməsi nə dərəcədə qanuni uyğun ola bilər? Onun fikrincə, bu görüşlər bütün diplomatik normaları pozur: "Onların bu cür görüşlər keçirməsi yalnız həmin qurumların Azərbaycana yönəlik siyasətlərini bu adamların vasitəsi ilə gerçəkləşdirmək niyyətindən qaynaqlanır. Qərbin nəinki Azərbaycanda, bütün dünyada "demokratik dəyərləri yaymaq" adı ilə fəaliyyət gösərdiyi beynəlxalq təşkilatlar həmin ölkələrdə kəşfiyyat xarakterli işlərlə məşğul olurlar. Diplomatik korpusda da kəşfiyyatçılar "diplomat" adı ilə çalışanlar olur. Buna ABŞ hər il milyonlarla dollar xərcləyir. Adını bu cür qoyurlar ki, heç kimdə şübhə yaratmasınlar. Əsas fəaliyyətləri həmin ölkələrdə özlərinin ələaldıqları şəxslər vasiəsi ilə siyasətlərini elan etməkdir. Qeyd olunan həmin gizli görüşlərdə bu məqsədlə olur".
Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin sədri İlkin Ağayev dedi ki, bu cür görüşlər qeyri-səmimilikdən və ölkədə gedən proseslərə məkrli müdaxilə etmək niyyətlərindən irəli gəlir: "Bu cür görüşlərin diplomatik normalardan da uzaq olduğunu düşünürəm. Bu gün Azərbaycanın müstəqil, milli və sabit yolla inkişafı bir sıra xarici dairələrə sərf etmir
Onlar digər ölkələrdə həyata keçirdikləri planlarını burada da tətbiq etməyə, cəmiyyətimizdə müəyyən qrupları, təşkilatlaerı bu məqsədlə ələ almağa çalışırlar. Bu baxımdan hər bir təşkilat, partiya və qurum siyasi mövqe və baxışlarından asılı olmayaraq, birinci növbədə ictimai, milli və dövlətçilik maraqlarından çıxış etməlidirlər.
Məhz belə olduğu təqdirdə, həmin xaricilərin bu cür gizli, naməlum niyyətli və qeyri-səmimi planları baş tutmayacaq və onlar gizli görüşlərə yox, şəffaf münasibətlərə vadar ediləcəklər".
Diaspor Jurnalistləri Birliyinin (DJB) İdarə Heyətinin sədri Fuad Hüseynzadə diqqətə çatdırdı ki, bu Qərb qeyri-səmimiliyidir: "Harada gizlilik varsa, demək orada qeyri-səmimilik var. Onlar belə görüşləri gizli etməklə Azərbaycan dövlətinə qarşı qeyr-səmimilik göstərilər. Xaricdən gələn rəsmi qonaqların dilindən "demokratiya" sözü düşmür. Onlar demokratiyanı belə gizli yayırlarsa, necə inanmaq olar onların demokratiyasına. Demokratiyanın əsas şərti şəffaflıq, aydınlıqdır. Onların əgər amalları aydındırsa, bunu açıq şəkildə deməlidirlər. Belə gizli görüşlər keçirən Qərb rəsmilərinin səmimiyyətinə heç cürə inanmaq olmur. Bu, bir daha Qərb qeyri-səmimiliyindən xəbər verir. Qərb rəsmiləri bununla diplomatik qaydalara zidd gedirlər. Onların bu addımlarına qarşı diplomatik qaydalara uyğun tədbir görülməlidir".
Poitoloq Ramiz Alıyev vurğuladı ki, ümumilikde bütün dönəmlərdə bu kimi hallar olub, var və olacaq: "Amma biz, çalışmalıyıq ki belə görüşlər mütamadi və daimi olmasın. Kim kimlə görüşürsə açıq formada görüşməli və kiməsə verilən dəstək də açıq formada bəyan edilməlidir! Ancaq faktlar nəyi göstərir? Faktlar onu göstərir ki, bəzi xarici ölkələrin səfirlikləri və bəzi beynəlxaq təşkilatların diplomatiya qaydalarından anlayışı olmayan nümayəndələri gizli olaraq bəzi siyasi partiya, kiv və QHT-lərin nümayəndələri ilə görüşün məkrli niyyətlərin hətata keçirmək üçün çaba sərf edirlər. Bu kimi hallar heç bir diplomatik qaydalara uyğun deyil və bunu onlar özləri də bilir! Əgər bu görüşlərdə məkrli niyyətlərin icra olunması müzakirə olunmursa onda açıq formada görüşlər keçirilməlidir. Mən hesab edirəm ki, Azərbaycan dövlətinin aidiyyəti orqanları bu kimi məqamları diqqətlərrindən qaçırmaz və Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasına zidd olan bütün hallara qarşı adekvat addımlar atılmalı, digər aidiyyəti orqanlar tərəfindən həmin səfirliklərin ölkələrinə və həmin təşkilatların baş ofisləriəe etiraz məktubları göndərilməli, milli QHT və milli KİV-lər isə ictimai müzakirələr təşkil edərək təxribatçılıqla və satqınlıqla məşğul olan həmin "QHT və KİV-ləri" qınamalıdırlar".
Azxeber.som portalının baş direktoru Əfsələddin Ağalarov bildirdi ki, bəzi beynəlxalq təşkilatların Azərbaycanda bir qrup siyasi partiyaların, QHT-lərin vasitəsi ilə ölkə daxilində spekuliyasiyalar yaratamaq istəyi təkcə bu günün siyasəti deyil: "Təbii ki, illərdi mərkəzi qərərgahı xaricdə yerləşən bəzi beynəlxalq təşkilatlar sapı özümüzdən olan baltalara daimi maliyyə dəstəyi göstərməklə Azərbaycanda gərgin siyasi abu-hava yaratmağa cəhd göstərirlər. Təbii ki, hansısa xarici ölkə diplomatlarının öz diplomatik toxunulmazlıqlarından sitifadə edərək Azərbaycanda himayədarlıq etdikləri şəxslərlə sıx-sıx görüşmələri birbaşa başqa bir ölkənin daxili siyasətinə qarışmaqdır. Azərbaycansa müstəqil ölkədir və dövlətin müstəqil daxili-xarici siyasi kursu var".
Media və Mülki Cəmimiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov diqqətə çatdırdı ki, hər hansı beynəlxalq təşkilat rəhbərlərinin, xarici ölkə rəsmilərinin və diplomatlarının Azərbaycanın siyasi partiya, QHT və media rəhbərləri ilə görüşməsi qəbahət deyil: "Ancaq bir şərtlə ki, bu görüşlər gizli xarakter daşımamalı, beynəlxalq hüquq normalarına, ən başlıcası isə Azərbaycan qanunvericiliyinə zidd olmamalıdır. Hər halda bu məsələ dövlətin təhlükəsizliyini öz üzərinə götürən dövlət qurumlarının ciddi nəzarəti altında olmalıdır".

Əli