Bakı Musiqi Akademiyasında onlayn rejimdə seminar Hadisə

Bakı Musiqi Akademiyasında onlayn rejimdə seminar

Ü.Hacıbəyli adına Bakı Musiqi Aakedemiyasının elmi-tədqiqat laboratoriyası onlayn rejimdə iclas və seminarlarını davam etdirir. BMA-dan bildirlib ki, “Peşəkarlığın zirvəsində” adlanan növbəti elmi seminar Azərbaycanın Əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, professor, peşəkar kamança ifaçısı Arif Əsədullayevə həsr olunub. Seminarda elmi-tədqiqat laboratoriyanın elmi işçisi ,dissertant Nigar Bayramova məruzə ilə çıxış edib. O, Arif Əsədullayevin elmi və pedaqoji fəaliyyətindən danışaraq, onun zəngin ifaçılıq təcrübəsinə diqqət çəkib.
Arif Əsədullayevin Azərbaycanın əsas muğamları- Çahargah, Humayun, Rast, Bayatı-Şiraz, Zabul segah, Şur və Şüştər muğamlarını ilk dəfə olaraq nota salınmasından bəhs edib. Məruzəçi Arif Əsədullayevin müəllifi olduğu “İnstrumental muğamlar”, “7 klassik Azərbaycan muğamı” kitablarından, monoqrafiyalarından söz açıb. Sonda Arif Əsədullayev kamançada gözəl ifası ilə seminara ayrı bir rəng qatıb. Seminarda Bakı Musiqi Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Gülnaz Abdullazadə, elmi-tədqiqat laboratoriyasının müdiri, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuridə İsmayılzadə və laboratoriyanın əməkdaşları onlayn seminarda iştirak ediblər. G.Abdullazadə və N.İsmayılzadə seminarın sonunda öz dəyərli fikir və tövsiyyələrini bildiriblər, mövzu barədə laboratoriya əməkdaşları onları düşündürən suallar haqqında maraqlı müzakirələr aparıblar.