Ölkə məktəblərini 80 min şagird bitirib Hadisə

Ölkə məktəblərini 80 min şagird bitirib

2019-2020-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil məktəblərinin IX siniflərini 30 888, XI siniflərini 19 612, XII siniflərini 124, xüsusi məktəblərin buraxılış siniflərini isə 323 nəfər bitirir. BŞTİ-dən bildirilib ki, paytaxtda 45 573 nəfər I sinfi başa vurur. Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 440 426 şagird təhsil alıb. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə 27 786 müəllim fəaliyyət göstərir. 2019-2020-ci tədris ilində paytaxt üzrə 268 ümumi təhsil məktəbində fəaliyyət göstərən 983 məktəbəhazırlıq qrupuna 25 832 uşaq cəlb olunub. Növbəti tədris ilində dövlət hesabına fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına cəlb ediləcək uşaqların ümumilikdə beşyaşlıların 90 faizini əhatə etməsi nəzərdə tutulur.
Qeyd edək ki, BŞTİ-nin tabeliyində 309 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 317 məktəb və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.
2019-2020-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 119 852, XI siniflərini 80 646 şagird bitirəcək. Təhsil Nazirliyindən verilən məlumata görə, 2019-2020-ci tədris ilində respublika üzrə 3256 ümumtəhsil məktəbində fəaliyyət göstərən 5855 məktəbəhazırlıq qrupunu 107911 nəfər uşaq başa vurub. 2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 165 511 uşağın qəbulu proqnozlaşdırılır.