29 Oktyabr 13:39
29 Oktyabr 13:22
29 Oktyabr 11:45
23 İyun 2020 10:35
2 695
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə COVİD-19 virusuna yoluxma riskinin azaldılması üçün öz tövsiyələrini verib.
Agentlikdən verilən məlumata görə, açıq şəkildə satılan və qablaşdırılmamış qida məhsulları xüsusi vitrin arxasında saxlanmalıdır. Qablaşdırılmamış məhsullar yalnız xüsusi gigiyenik vasitələrlə təmin edilmiş işçi tərəfindən alıcıya təqdim olunmalıdır.
Soyuducuların temperatur rejiminə mütəmadi nəzarət edilməlidir. Dondurulmuş qida məhsulları -18° C-də buzluqda saxlanmalıdır.
Bununla yanaşı, donu açılmış qida məhsulları təkrar dondurulmamalıdır, tullantılar vaxtında kənarlaşdırılmalıdır.
Tullantı qabları mütəmadi olaraq təmizlənib, dezinfeksiya edilməli, zallar, otaqlar mütəmadi olaraq havalandırılıb, dezinfeksiya edilməlidir.
29 Oktyabr 22:36
721
29 Oktyabr 18:53
805
29 Oktyabr 17:23
938