Ermənistan seçkilərə xarici müdaxilənin qarşısının alınması üçün Aİ-dən yardım istəyib
Emin Əmrullayev Böyük Britaniyanın Lordlar Palatasının üzvü ilə görüşüb
Bakıda hotelin 4 işçisinin ölümündə təqsirləndirilən icarədarın həbs müddəti uzadılıb
Aİ XİN rəhbərləri Rusiyaya qarşı yeni sanksiyaları bu gün təsdiqləyəcək
Nazir müavini: Şagirdlərdə milli-mənəvi dəyərləri formalaşdırmalıyıq
3 İyul 2020 16:57
1 330
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyun ayında ümumilikdə 2,3 milyondan çox şəxsə sosial təminat növləri üzrə ödənişlər edilib.
Nazirlikdən verilən məlumata görə, onlardan 1 milyon 264 min nəfərinə pensiya, 421 min nəfərinə müavinət, 300 min nəfərinə təqaüd ödənilib. 84 min ailə üzrə 350 mindən çox ailə üzvünə isə ünvanlı sosial yardım verilib.
İyun ayında sosial ödəniş alanların sayı ötən ilin iyun ayı ilə müqayisədə 7,4 faiz və ya 161 min nəfər çox olub.
Ötən ay pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımların maliyyələşdirilməsinə ümumilikdə 480 milyon manat vəsait yönəldilib ki, bu da 2019-cu ilin müvafiq göstəricinə nisbətən 19,25 faiz və ya 77,5 milyon manat çoxdur.
