Hakan Fidan Aİ-nin yüksəkvəzifəli rəsmilərini qəbul edib - FOTO
Dənizə sevgi, peşəyə sədaqət, şərəfli insan ömrü yaşayan əfsanəvi kapitan
Netanyahu və İsrailin müdafiə naziri Livanın cənubundakı "təhlükəsizlik zonası"na səfər edib
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
13 Avqust 2020 12:03
2 436
Azərbaycanda əhali arasında SARS CoV-2 virusuna qarşı seroloji testin keçirilməsinə ehtiyac var.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib.
Onun sözlərinə görə, testlər insanlar arasında kütləvi şəkildə aparılmayacaq. Bu analizlər yalnız təsadüfi seçilmiş əhali qrupları arasında könüllülük prinsipi ilə aparılacaq.
V.Əliyev qeyd edib ki, seroloji testlərin aparılmasında məqsəd əhalinin COVİD-19 xəstəliyinə səbəb olan SARS CoV-2 virusuna qarşı immunitetinin yaranma vəziyyətini öyrənməkdir: “Bunun əsasında müəyyən ediləcək ki, ölkədə nə qədər insan daha öncədən bu xəstəliyi keçirib. Əhalinin nə qədər hissəsinin bu virusa yoluxmasını bilmək lazımdır, çünki insanların çox hissəsi bu xəstəliyi asimptomatik şəkildə keçirir”.
Bu təcrübənin digər ölkələrdə də tətbiq edildiyini deyən V.Əliyev qeyd edib ki, seroloji testlərlə bağlı aparılan tədqiqatların nəticəsi gələcəkdə karantin rejiminin sərtləşdirilməsi, yumşaldılması ilə bağlı qərarların qəbulu zamanı gərəkli ola bilər.
V.Əliyev qeyd edib ki, koronavirusa yoluxduqda insan orqanizmində yaranan immunitet müvəqqəti immunitet olur:
“Virusa yoluxanların 3 ay ərzində bu virusa təkrar yoluxmaması barədə dəqiq məlumatlar var. Amma 6 aya qədər də təkrar yoluxma faktının olması baş verməyib”.
Xatırladaq ki, Azərbaycanda SARS CoV-2 virusuna qarşı immunitetin öyrənilməsi məqsədilə seroloji testlərin həyata keçirilməsi üçün fəaliyyət planı hazırlanıb.
Testdən keçməyə razılıq vermiş şəxsin evinə yaşadığı ərazi üzrə poliklinikadan xüsusi təlim keçmiş qanalma tibb bacısı göndəriləcək. İlkin mərhələdə tədqiqatların Bakı, Sumqayıt və Gəncə şəhərlərində aparılması planlaşdırılır. Tədqiqatlar dövlət tərəfindən alınaraq ölkəyə gətirilmiş Almaniyanın EUROIMMUN şirkətinin istehsalı olan reaktivlərlə aparılacaq.
30 İyun 22:01
1 162
30 İyun 21:58
1 134
30 İyun 19:11
1 246