TƏBİB: Əgər xəstə sayı artarsa qeyri-koronavirus xəstələrinin yerləşdirilməsində problem yarana bilər Hadisə

TƏBİB: Əgər xəstə sayı artarsa qeyri-koronavirus xəstələrinin yerləşdirilməsində problem yarana bilər

Mart ayından başlayaraq biz bəyan edirik ki, COVİD xəstəliyi sürətlə yayılır və bu da çarpayı çatışmazlığına gətirib çıxara bilər.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, əgər xəstə sayı artarsa qeyri-koronavirus xəstələrinin yerləşdirilməsində problem yarana bilər: "Biz koronavirus xəstələrinin müalicəsinin öhdəsindən gələ bilirik və biz xəstə sayının artmasına baxmayaraq onların yerldirilməsinə də hazırıq. Bunun üçün kifayət qədər çarpayı sayımız və dərman təminatımız da var. Lakin koronavirus xəstələrinin sayının artması qeyri-koronavirus xəstələri üçün çarpayı çatışmazlığına gətirib çıxara bilər".