

“Xarici ölkə vətəndaş olan müəllimlərin xaricdən Azərbaycanda özəl məktəblərə gəlməsi üçün Operativ Qərargaha və Təhsil Nazirliyinə müraciət olarsa, biz operativ formada bu müraciətlərə baxa bilərik”.
Bunu bu gün COVİD-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.
E. Əmrullayev deyib ki, belə hal kütləvi deyil: “Belə hallar olarsa, baxıla bilər”.