ADSEA intensiv yağışlar zamanı su toplantısının qarşısını almaq üçün tədbirlər görür - FOTO
“YAP-ın keçdiyi yol müasir Azərbaycan dövlətçiliyinin formalaşması ilə sıx bağlıdır”
Bəhruz Məhərrəmov: Azərbaycanın Zəfəri beynəlxalq münasibətlər sistemində yeni reallıq yaradıb
NİİM: Bir sıra yollarda sürət həddi endirilib, “sürüşkən yol” işarəsi aktivləşdirilib
28 Avqust 2020 18:36
3 654
Paytaxtda ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş darama ̶əməliyyat-profilaktik, profilaktik-maarifləndirmə tədbirləri keçirilir.
Bakı şəhər BPİ Mətbuat Xidmətindən verilən məlumata görə, paytaxtın bütün rayonlarını əhatə edən gücləndirilmiş tədbirlərdə hüquq pozuntularının profilaktikası, küçə ticarəti, avara və dilənçiliklə məşğul olma ilə yanaşı, antisanitariya, avtomobil yollarında hərəkətin təhlükəsizliyi, xüsusilə, müəyyən olunmayan yerlərdə – səkilərdə, piyada keçidlərində avtomobillərin saxlanılması və koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması ilə bağlı fəal iş aparılır.
Aşkarlanan hər bir hüquqazidd əmələ görə qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq tədbirlər görülür.
Əməliyyat-profilaktik, profilaktik-maarifləndirmə tədbirləri çərçivəsində polis əməkdaşları tərəfindən paytaxt sakinləri ilə fərdi profilaktik söhbətlər aparılır, şəhər sakinlərinin məsuliyyət hissinin artırılması ilə bağlı tövsiyələr verilir.
Paytaxtda xidmətin nümunəvi təşkili və aparılması, asayişin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir. Tədbirlərə Daxili Qoşunların hərbçiləri də cəlb edilib.
10:18
567
2 Oktyabr 22:07
742
2 Oktyabr 20:43
812




