ADSEA intensiv yağışlar zamanı su toplantısının qarşısını almaq üçün tədbirlər görür - FOTO
“YAP-ın keçdiyi yol müasir Azərbaycan dövlətçiliyinin formalaşması ilə sıx bağlıdır”
Bəhruz Məhərrəmov: Azərbaycanın Zəfəri beynəlxalq münasibətlər sistemində yeni reallıq yaradıb
NİİM: Bir sıra yollarda sürət həddi endirilib, “sürüşkən yol” işarəsi aktivləşdirilib
14:40
357
“Yeni Azərbaycan Partiyasının keçdiyi siyasi yol müasir Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmlənməsi prosesi ilə sıx bağlıdır. Təqdim olunan tezislərdə Heydər Əliyevin siyasi irsinin əsas xətti müstəqilliyin qorunması, dövlətçiliyin gücləndirilməsi, iqtisadi müstəqilliyin təmin edilməsi və güclü hərbi potensialın yaradılması kimi müəyyənləşdirilir. Bu siyasi kursun ardıcıl davam etdirilməsi Azərbaycanın sonrakı mərhələdə qarşısına qoyduğu milli hədəflərə çatmasının əsas amillərindən biri kimi təqdim olunur”.
Bu fikirləri xalqcebhesi.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.
O əlavə edib ki, bu xəttin ən mühüm nəticələrindən biri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasıdır: “Sənəddə proses 2020-ci il Vətən müharibəsində qazanılmış qələbədən başlayaraq 2023-cü ilin sentyabrında ölkənin tam suverenliyinin bərpasına qədər uzanan ardıcıl siyasi və hərbi mərhələlər şəklində göstərilir. Bununla yanaşı, əldə olunan nəticələrin qorunması üçün Azərbaycanın hərbi gücünün artırılması, təhlükəsizlik imkanlarının möhkəmləndirilməsi və mümkün xarici risklərə qarşı dayanıqlı dövlət modelinin saxlanılması qarşıdakı dövrün əsas prioritetlərindən biri kimi irəli sürülür”.
Politoloqun sözlərinə görə, yeni mərhələdə isə qarşıda duran vəzifələr yalnız təhlükəsizlik məsələləri ilə məhdudlaşmır: “İdeoloji dayanıqlılığın gücləndirilməsi, təhsilin və vətənpərvərlik dəyərlərinin önə çəkilməsi, müstəqil xarici siyasətin davam etdirilməsi, iqtisadi və maliyyə sabitliyinin qorunması, enerji və nəqliyyat imkanlarının genişləndirilməsi, sosial rifahın yüksəldilməsi və Böyük Qayıdış prosesinin sürətləndirilməsi əsas strateji istiqamətlər sırasında göstərilir. Bu baxımdan YAP-ın qarşısında duran əsas siyasi vəzifə formalaşmış dövlətçilik xəttinin dəyişən regional və qlobal şəraitə uyğun şəkildə davam etdirilməsi və gələcək inkişaf hədəflərinin reallaşdırılmasında fəal iştirak etməkdir”.
Röya İsrafilova
14:29
427
13:30
469
12:12
560