“ASAN xidmət” beynəlxalq sertifikat alıb Hadisə

“ASAN xidmət” beynəlxalq sertifikat alıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi İSO 9001:2008 idarəetmə standartı üzrə beynəlxalq sertifikata layiq görülüb.
"ASAN xidmət"dən APA-ya verilən məlumata görə, İSO - Beynəlxalq Standartlaşdırma Təşkilatı olaraq beynəlxalq standartları inkişaf etdirir. 1947-ci ildə yaradılmış və İsveçrədə yerləşən bu beynəlxalq təşkilat idarəçilik, texnologiyalar və biznes sahəsində əmtəələrə, xidmətlərə və müsbət təcrübələrə dair 19500-dən çox beynəlxalq standart müəyyənləşdirib.
Qeyd edək ki, Dövlət Agentliyi və onun tabeliyində "ASAN xidmət" mərkəzləri ölkəmizdə öz fəaliyyətini yüksək standartlar çərçivəsində quran və inkişaf etdirən dövlət orqanı qismində "vahid məkan" prinsipinə əsaslanan nadir dövlət qurumlarındandır.