“Kataloniyada baş verənlər sırf iqtisadi məsələlərlə bağlıdır” Hadisə

“Kataloniyada baş verənlər sırf iqtisadi məsələlərlə bağlıdır”

Fuad Babayev: "O səbəbdən də yaxın gələcəkdə belə ssenarilərin reallaşacağı ağlabatan görünmür"

Əli İsgəndərov: "İspaniya hakimiyyət inistutlarının buna razılıq verəcəyi və ya asanlıqla razılaşacağına inanmaq çətindir"

Arzu Nağıyev: "Avropa dövlətlərində də separatizmə meyilli belə tədbirlərin keçirilməs qoballaşan dünya üçün heç bir əhəmiyyət kəsb etmir"

Fuad Hüseynzadə: "Avropa ilk növbədə özündə düzəlişlər etməlidir"

İspaniya konstitusiya məhkəməsi rəsmi referendumu istisna edəndən sonra ölkənin şimal-şərqindəki muxtar regionda icrası məcbur olmayan səsvermə keçirilib. 5,4 milyon seçicidən iki milyondan çoxu səsvermədə iştirak edib.
Kataloniya hökumətinin başçısının müavini Joana Orteqa bildirib ki, Kataloniyada 80 % əhali rəy sorğusu keçirməklə İspaniyanın bu muxtar vilayətin müstəqil olmasını istəyib. Sorğu səsvermələrində 2,25 milyon insanın iştirak etdiyi bildirilir. Bülletenlərdə iki sual qoyulub. Birincidə "Kataloniyanın dövlət olmasını istəyirsinizmi?", ikincidə isə "Bu dövlətin müstəqil olmasını istəyirsinizmi?" sualı qoyulub. Səs verənlərdən 80,72%-i (təqribən 1,65 milyon insan) verilən suallların hər ikisinə "hə" cavabı verib. 10,11 %-i isə birinci suala müsbət cavab versə də, ikinci suala "yox" cavabını veriblər. Əlavə olaraq, 4,55% kataloniyalı birinci suala "yox" cavabını veriblər.
"Bazar günü keçirilən sorğu seçkisində kataloniyalılar bir daha göstərdilər ki, onları özləri öz talelərini və müqəddəratlarını həll etmək istəyindədirlər". Bu fikirləri isə yerli hökumətin rəhbəri Artur Mas bildirib. O, eyni zamanda İspaniya hökumətinə çağırış edib ki, Kataloniyanın suverenliyi üçün referendumun keçirilməsinin vaxtı çatıb. Sitat: "Keçirilən sorğu İspaniya hökumətinə iki məsələni çatdırır. Kataloniyalılar özləri öz ölkəlrini idarə etmək istəyirlər və talelərini də özləri müəyyənlləşdirmək qənaətindədirlər. Ona görə də mən İspaniya hökumətinə müraciət edərək, onlrı referendum keçirməyə çaırıram. Necə ki, daha öncə bu, Şotlandiyada, daha öncə isə Kvebekdə baş tutmuşdu".
Lakin İspaniya hökuməti kataloniyalıların bu tələblərini tezliklə reallaşdırmaq fikrindən uzaq olduğunu nümayiş etdirib. Belə ki, krallığın ədliyyə naziri Rafael Katala bazar günü bəyan edib ki, hökumət Kataloniyada suverenlik istiqamətində keçirilən rəs sorğusunu lazımsız və heç bir hüquqi nəticə verməyən hal kimi qiymətləndirib: "Mövcud rəy sorğusu muxtar vilayətin əhalisinin aldadılmasına xidmət edir. Bu İspaniyanın parçalanmasına və kataloniyalıların çağqınlığına doğru atılmış yanlış addımdır". O, həmçinin qeyd edib ki, İspaniyanın baş prokurorluğu artıq rəy sorğusu ilə bağlı vəziyyəti araşdırır və lazım gələrsə, cinayət işi də qaldırılacaq.
Məsələyə münasibət bildirən siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev "düşünürəm ki, Kataloniya presedenti ilə bağlı danışarkən hökmən Şotlandiya referendumuna da nəzər salmalıyıq".- deyə vurğuladı: "Sentyabr referendumunda "Şotlandiya müstəqil dövlət olmalıdırmı?" sualını rəyi soruşulanların yarıdan çoxu mənfi cavablandırdı. Və Şotlandiya 2016-cı ilib martından etibarən müstəqil dövlət olmaq imkanını qaçırdı. Kataloniyada keçirilmiş qeyri-formal sorğuda isə hər 100 nəfərdən 80-i muxtariyyəti müstəqil görmək istədiyini bildirib. 2 milyon 500 nəfər sorğuda iştirak edib, 2 milyon adam adam müstəqilliyi seçib. Doğrudur, müxtariyyətdə 5 milyondan çox adamın səsvermə hüququ var.
Bütün bu baş verənlər sosializm düşərgəsinin süqutu zamanı Avropanın belə deyək, sayılıb-seçilən dövlətlərindən olan Yuqoslaviyada yaşanmışdı. Əlbəttə, o zaman hər şey fərqli idi. Həmin prosesin qanlı hərbi əməliyyatlarla müşayiət olunduğu hamının yadındadır. Zənnimcə, Şotlandiya və Kataloniyada baş verənlər Edinburq və Barselonanın müstəqil olma həvəsi ilə yanaşı, sırf iqtisadi məsələlər ilə bağlıdır. Və elə təqribən o səbəbdən də yaxın gələcəkdə belə ssenarilərin reallaşacağı ağlabatan görünmür".
Siyasi təhlilçi Əli İsgəndərov hesab edir ki, Kataloniyanın orta əsrlər və yeni tarixin yarısına qədərki dövrdə mövcud olmuş İspaniya imperiyasına birləşdirilmələri və muxtariyyət statusuna sahib olmalarına diqqət yetirmək lazımdır: "Lakin, muxtariyyət də müxtəəlif hədli anlayışdır. Məsələyə fərqli yanaşdıracaq şərtlər hansılardı ona diqqət edək:
1. Belə ki, Kataloniya hazırda İspaniya imperiyasının deyil, eyni adlı dövlətin tərkibindəki muxtar əyalətdir.
2.Ktaloniya ötən il İspaniya parlamentinə 2014-cü ildə suverenliklə bağlı referendum keçirmək istəyini bildirən müraciət ünvanlamışdı və buna kəskin rədd cavabı aldı.
Bu tədbirin isə Madridlə hesablaşmadan keçirildiyi iddia edilir. İspaniya hakimiyyət inistutlarının buna razılıq verəcəyi və ya asanlıqla razılaşacağına inanmaq çətindir. İspaniya hələ Avropa Birliyinin vahid gömrük və valyuta ittifaqına daxildir, üzv dövlət kimi hüquqi, siyasi, iqtisadi qərarların qəbulunda iştirak edir. Yəni problem yaranarsa birliyin üzərinə az yük düşməyəcək, böyük baş ağrıları yaranacaq".
Onun sözlərinə görə, İspaniyanın iqtisadi cəhətdən ən inkişaf etmiş regionun itirilməsi hər mənada bu dövlətə xoş nəticələr vəd etmir: "Ölümcül yaralayacaq desək səhv etmərik. Həmçinin bir şeyi də unutmayaq. Kataloniya problemi hazırda zəiflədilsə də İspaniyanın şimal qonşusu Fransada da mövcuddur. Belə ki, oksitanlar özlərini katalon hesab edir və zamanla İspaniyadakı bu hərəkatla qarşılıqlı yardımda olublar. Kataloniyada referendum keçirilərsə nəticədə bu bölgənin müstəqillik əldə etməsi əsla şübhə doğurmur. Bu isə Fransada yenidən separatizmin canlanması ehtimalını gücləndirir. Bir sözlə qitə üçün arzu olunmaz hallar yaranacaq. Şübhə etmirəm ki, Madridlə yanaşı Avropanın siyasi elitasında da bu referendumun baş tutmamasını istəyənlər də var. Nə kimi önləyici tədbirlər görüləcək demık çətindir. Kataloniyada emosiyalar rasionalizmlə bərabər, bəzən də öndə görünür. Kataloniyada referendum baş tutduğunda əhalinin müstəqilliyə hə deməsinə əks analiz qoymaq olmaz. Separatçı qurumlar istənilən yaranmış situasiyadan aidiyyatı oldu-olmadı bəhrələnməyə çalışırlar. Bunu onların vəziyyəti diktə edir. İddiaların qaldırılacağı, ilhamlanacağı gözləniləndir. Lakin, nə verəcəyinin isə yekdil cavabı yoxdu. Məsələnin bir başa aidliyinə gəldikdə isə yalnız eyni tarixi taleyi yaşamış subyektlərə presedent ola bilər. SSRİ-in dağılması məgər muxtariyyətlərə siyasi, hüquqi haqq verdimi? Məhəlli münaqişələrin artmasına şərait yaratdı. Amma, ayrılmalara örnək kimi deyil, tam bir başqa səpkidə".
Politoloq Arzu Nağıyev bildirdi ki, "Kataloniyanın İspaniyadan ayrılması ilə bağlı bu birinci referendum deyil: "2009 –cu ildən başlayaraq müxtəlif formalarda belə tədbirlər keçirilib, İspaniya isə həmişə bunu qanunsuz hesab edib. Məlumdur ki, hər bir millətin, xalqın öz müqəddəratının həlli ilə bağlı seçim etmək hüququ var. Lakin bu tərkibinə daxil olduğu dövlətin qanunvericiliyinə hörmətlə və uyğun olmalıdır. 9 noyabr 2014-cü ildə keçirilən referendum isə digərlərindən fərqli görünürdü. Belə ki, 2013 –cü ildə kerçirilən referendum Kataloniyanın müstəqillik haqqında deklarasiya qəbul edilməsi ilə nəticələnsə də ,2014 –cü ildə artıq İspaniyadan ayrılmaq məsələsi qoyulmuşdu.Nə qədər qanunazidd olsa da, hazırki referendum mütəşəkkil hazırlanmışdı. Hətta bəzən elə gəlir ki, bu İspaniya hökuməti ilə bəlkə də razılaşdırılmış bir tədbir idi. Bunu Kataloniyalılar "tarixi qələbə" kimi qəbul etsələr də İspaniya hakimiyyəti " vətəndaşların lazimsız vaxt itirməsi" kimi qiymətləndirdilər. Daha doğrusu , Kataloniyaların bu hərəkatına hüquqi bazası olmayan və mütəşəkkil, separat bir hərəkət və ya siyasi təbliğat kimi qiymət verildi. Məlumdur ki, İspaniyada monarxiya olsa da, demokratik rejimli, unitar bir dövlətdir, hər cürə ayrılmalar ümumixalq, yəni bütün ispan əhalisi tərəfindən razılaşdırılmalı və ümumxalq referendumu keçirilməlidir, bu isə konstitusiya ilə təsbit edilir. Düşünürəm ki, bundan əvvəl İngilərədə və bir sıra Avropa dövlətlərində də separatizmə meyilli belə tədbirlərin keçirilməsi qloballaşan dünya üçün heç bir əhəmiyyət kəsb etmir. Bununla belə unutmaq lazım deyil ki, Avropanın bir sıra dövlətlərində milliyyətçilərin siyasi qələbələri də mövcuddur. Yəni milli mənsubiyyət ən incə bir məqam olduğu üçün bu məsələlər daim diqqət mərkəzində olmalıdır".
Diaspor Jurnalistləri Birliyinin (DJB) sədri Fuad Hüseynzadə isə dedi ki, Avropada yaranan iqtisadi böhran kiçik xaqlarda siyasi oyanış meydana gətirb: "Həmçinin Avropanın ikili standart mövqedə olmsı artıq özünün ziyanına işləyir. Rusiyanın "Krım" təcrübəsi avropaqlılar üçün heç də yaxşı nümunə olmadı. Burada milli oyanışdan daha çox siyasi oyanış yaranıb. Bu referendum dalğası Avropada bir çox ölkələri yerindən oynadacaq. İqtisadi tənəzzül yaşayan, işsizliyin güdən- günə artmaqda olduğu bir çox kiçik Avropa xalqları belə səsvermələrin keçirilməsi üçün startda dayanıblar".

Əli