BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edilib
Ərdoğan COP31-in hazırlıqlarına verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib
“Çox istərdim ki, doğma Azərbaycanda da belə festivallar tez-tez olsun”
Bu ilin on ayında proaktiv qaydada sosial müavinət və təqaüd təyin olunanları sayı açıqlanıb
21 Oktyabr 2020 19:58
2 751
Nazirlər Kabineti 403 nömrəli Qərarına dair izah verib.
Kabinetdən verilən məlumata görə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 may tarixli 1019 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq sahəni tənzimləyən bir sıra Qərarları ilə müəyyən edilmiş sərnişin daşımalarında istismar edilən avtonəqliyyat vaistələrinə dair tələblərdə, həmçinin sərnişin daşıyan sürücülərə dair tələblərdə aşağıdakı dəyişikliklər edilib:
- taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlığının Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə həmin Nazirliyin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən təşkil edilməsi və keçirilməsi;
- Hər bir sərnişin daşıyan avtonəqliyyat vasitəsi “dərman qutusu” deyil “ilk tibbi yardım qutusu” ilə təchiz olunmalıdır.
- beynəlxalq hava limanında daşıma xidmətləri göstərən taksi minik avtomobillərinin sürücüləri hava limanlarında sərnişindaşımanın xüsusiyyətlərinə dair yenidən hazırlıq keçməsi tələbi aradan qaldırılmışdır.