11 Fevral 2021 19:38
2 415
Rusiyanın "Pegas Fly" aviaşirkəti fevralın 17-dən etibarən Nijni Novqorod şəhərindən Bakıya aviareyslər təşkil edəcək.
Trend-in məlumatına görə, reyslərin martın 24-dək davam etməsi nəzərdə tutulur.
Uçuşlar həftədə bir dəfə, çərşənbə günləri keçiriləcək.
Bundan başqa, martın 4-dən 25-dək Yekaterinburqdan Bakıya çarter reyslərin həyata keçirilməsi planlaşdırılır.
"Uralskie avialinii" aviaşirkətinin uçuşları həftədə bir dəfə, cümə axşamları baş tutacaq.