Ukrayna danışıqlarının Berlin mərhələsi: proses nə vəd edir?
17 Dekabr 23:42
17 Dekabr 23:42
17 Dekabr 23:37
17 Dekabr 23:35
19 Fevral 2021 09:54
1 680
2021/2022-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulunun vaxtı uzadılıb.
APA-nın Dövlət İmtahan Mərkəzinə istinadən xəbərinə görə, sənəd qəbulunun vaxtı 19 fevral saat 10:00-a qədər uzadılıb. Daha əvvəl sənəd qəbulunun vaxtı 18 fevral saat 23:59-dək müəyyən edilmişdi.
Bu gün saat 00:05-ə ərizəsini təsdiq edən bakalavrların sayı 19 630-dur, onlardan 17 905-i Azərbaycan, 1725-i rus bölməsindəndir.
Qeyd edək ki, DİM fevralın 9-dan 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu elan edib.
Xatırladaq ki, magistratura səviyyəsinə qəbul imtahanı fevralın 28-də keçiriləcək. Magistratura səviyyəsinə qəbul imtahanının ikinci şansının isə iyun ayında keçirilməsi nəzərdə tutulur.
17 Dekabr 18:10
1 141
17 Dekabr 17:52
1 064
17 Dekabr 15:14
1 190