Avropa Komissiyasından COP29-la bağlı bəyanat
9 Noyabr 19:54
9 Noyabr 19:54
9 Noyabr 16:41
9 Noyabr 16:41
9 Noyabr 16:40
Bu gün cəmiyyətimizdə ən aktual, lakin insanların fərqinə varmadığı problemlərdən biri qeyri-formal məşğulluqdur. Təəssüflər olsun ki, insanlar işə düzələrkən bir çox hallarda əmək müqaviləsi tələb etmir, lakin özü özünün nə qədər hüquqlarını pozduğunun fərqinə varmır.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Sevinc Hüseynova bildirib ki, rəsimləşdirilməyən əmək münasibətlərində işlə təmin olan vətəndaşlar bir çox sosial hüquqlarından istifadə edə bilmirlər:
“Onların əməyinin mühafizəsi, sağlamlıq hüququ, istirahət, məzuniyyət, təhlükəsizlik və gigiyena hüquqlarından istifadə edə bilmirər. Eyni zamanda rəsmi işləməyən insanlar sosial layihələrdən, əmək pensiya hüququndan da kənarda qalırlar. Ona görə də insanlar öz hüquqlarını bilməli və işə düzələrkən əmək müqaviləsi tələb etməlidir”.
Deputat qeyri-formal məşğulluğun daha çox olduğu kənd təsərrfüatı sahəsi haqqında danışarkən bildirib ki, bu sahədə daha bir ciddi məsələ ondan ibarətdir ki, kənd təsərrüfatı sahəsində əmək münasibətləri daha çox hüquqi şəxslərə şamil olunur:
“Bunlar böyük aqroparklar, ailə kəndli təsərrüfatları, aqarar assosiasiyalardır. Ancaq cənab Prezidentin apardığı islahatlar nəticəsində kənd təsərrüfatı sahəsində böyük nailiyyətlər və uğurlar əldə olunub. Belə ki, bu sahədə artıq çox sayda fiziki şəxs fəaliyyət göstərir və böyük sayda işçi qüvvəsindən istifadə edirlər”.
Milli Məclisin son plenar iclası zamanı Əmək Məcəlləsi, Vergi Məcəlləsi və Mülki Məcəlləsinə qeyri-formal məşğulluğun aradan qaldırılması ilə bağlı edilən dəyişikliklər haqqında danışan S.Hüseynova bildirib ki, bu dəyişikliklər mütərəqqi və çox əhəmiyyətlidir: “Yaşadığmız pandemiya dövründə bu məsələlər daha da aktuallaşdı. Dəyişikliklərin hədəfi təbii ki, ölkə vətəndaşlarının layiqli əməyinə nail olmaqdır və bu istiqamətdə paralel olaraq həm məşğulluğun artırılması, həmçinin qeyri-formal məşğulluğun aradan qaldırılması məsələləri nəzərdə tutulur”.