ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib
14 Mart 13:39
14 Mart 13:39
13 Mart 21:31
13 Mart 21:24
3 Mart 2021 14:48
2 373
Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) vəziyyətində müsbət nəticələr var.
Bunu Trend-ə Rəmişin həyat yoldaşı Gülü Hüseynova bildirib. Onun sözlərinə görə, həkimlər xalq artistinin müalicəsinə çox diqqətlə yanaşırlar:
"Həkimlərimizin sayəsində hazırda Rafiq Hüseynov nəfəs ala bilir, vəziyyətində irəliləyiş var".
Xalq artistinin həkimi Günay İsmayılova isə bildirib ki, intensiv müalicə öz müsbət nəticələrini verib:
"Laborator göstəricilərdə də nisbi yaxşılaşmalar qeydə alınır, diaqnozu isə qaraciyər serrozu, qaraciyər çatışmazlığı və qaraciyər ensefalopatiyası, ağciyərlərin xroniki obstruktiv xəstəliyi və tənəffüs çatışmazlığıdır. Hazırda da müalicə davam etdirilir".