“İran tərəfi müəyyən razılaşmalara getmək məcburiyyətindədir”
14 Sentyabr 17:37
14 Sentyabr 17:37
14 Sentyabr 14:59
14 Sentyabr 14:53
14 Sentyabr 14:14
10 Mart 2021 15:46
2 520
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.
İdarədən APA-ya verilən məlumata görə, son zamanlar paytaxt küçələrində intensiv hərəkət müşahidə olunur: “Günün pik saatlarında şəhərin mərkəzi küçə və prospektlərində yaranan sıxlıq zamanı sürücülər lüzumsuz olaraq səs siqnallarından istifadə edirlər. Qeyd olunan hal ilk öncə paytaxt sakinlərinin narahatçılığına və haqlı narazılığına səbəb olur. Sürücülərimiz onu bilməlidir ki, “Yol Hərəkəti Haqqında Qanun”un tələbləri çərçivəsində səs siqnalları yaşayış məntəqələrində yalnız yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə istifadə oluna bilər. Əks təqdirdə bu hal inzibati xəta tərkibi yaradır və sürücülər İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən cərimə oluna bilərlər. Bir daha sürücülərdən xahiş edirik ki, paytaxt sakinlərinin, həmçinin yollarda hərəkətdə olan digər şəxslərin hüquqlarının pozulmaması və inzibati məsuliyyətə cəlb olunmamaları üçün bu növ qayda pozuntusu törətməkdən çəkinsinlər”.
14 Sentyabr 19:46
623
14 Sentyabr 18:39
616
14 Sentyabr 17:59
679