Paşinyan Ərdoğanın Ermənistana səfərlə bağlı dəvəti qəbul edəcəyinə ümid edir
Zəfər paradı ilə bağlı Bakıda bır sıra yollarda hərəkət tam məhdudlaşdırılacaq - SİYAHI
Allahşükür Paşazadə Roma Papası ilə görüşündə 8 noyabr Zəfərindən danışıb
Maliyyə naziri gələn ilin büdcə zərfində əsas istiqamətləri açıqlayıb
11 Mart  2021 13:40
1 925
“Google” korporasiyası 2021-ci ilin iyun ayından etibarən “YouTube”da bloger fəaliyyəti ilə məşğul olanların gəlirlərindən vergi tutmaq niyyətindədir.
“APA-Economics” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə korporasiyanın blogerlər arasında yayılan açıqlamasında bildirilir.
Bu, vergi qanunvericiliyindəki dəyişikliklə əlaqədar ABŞ hökumətinin cari ilin iyun ayından etibarən ölkə xaricindəki müəlliflərdən vergi tutulması tələbinə aiddir.
“Google” çıxılması lazım olan vergi məbləğini təyin etmək üçün 31 may tarixinədək “Adsense”ə müvafiq vergi məlumatlarını göndərməyi xahiş edir.
“Vergi məlumatlarınız 31 may 2021-ci il tarixinədək verilməzsə, “Google” sizdən qlobal “YouTube” gəlirinizin 24%-dək vergi qismində tutmağı tələb edə bilər”, - açıqlamada deyilir.