Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
Magistraturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
Prezident: İşğal dövründə Ağdam demək olar ki, urbisidə məruz qalmışdır
29 Mart 2021 11:56
1 274
Quba Soyqırımı Memorial Kompleksi soyqırımının 103-cü ildönümündə vətəndaşları qəbul etməyə hazırdır.
Bu barədə Trend-ə Memorial Kompleksdən bildiriblər. Qeyd olunub ki, kompleks Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən xüsusi karantin rejiminin qaydalarına uyğun fəaliyyət göstərir:
"Kompleksə gələn vətəndaşlar qaydalara uyğun olaraq buranı ziyarət edə bilir. Toplu şəkildə gələn şəxslər qrup halına salınır, hər birində 8-9 nəfərdən artıq olmayaraq ziyarət həyata keçirilir. Bundan əlavə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün 103 illiyi ərəfəsində kompleks tərəfindən bir çox maarifləndirici layihələr həyata keçirilir. Bu layihələrdən biri də təbliğat və tanıtım xarakterli, soyqırımı - şahid ifadələrini əks etdirən sənədli filmin 3 dildə (Azərbaycan, ingilis və rus) tərcümə olunaraq yazıldığı disklərin, həmçinin 5 dildə (Azərbaycan, ingilis, rus, türk və ərəb) buklet, müxtəlif kitabçalar, flayer və digər çap məhsullarının hazırlanması və gələn ziyarətçilərə təqdim edilməsi olur".
Əlavə olunub ki, kompleksdə müəyyən vaxtlarda dezinfeksiya işləri də görülür.
13:57
910
13:39
1 036
13:31
1 547

