İranda “Ana dili” dərsliyini yazmış, Şəhriyarla münasibətləri pozulmuş Azərbaycan şairi - ARAŞDIRMA
“ABŞ-nin prosesdə iştirakının artması regionda geosiyasi balansı genişləndirir”
Azərbaycandan keçən nəqliyyat dəhlizlərilə daşınan yüklərin həcmi açıqlanıb
Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunda təmir yekunlaşır
29 Mart 2021 17:40
3 059
Süveyş kanalında gəmilərin hərəkətinin dayanması Azərbaycanın beynəlxalq sulardakı gəmilərinə təsir etməyib.
Bu barədə Trend-ə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (ASCO) QSC-nin mətbuat xidmətindən bildiriblər.
Qeyd olunub ki, ASCO-ya məxsus gəmilərin marşrutu həmin kanaldan keçmir:
"Hazırda Qara dəniz və Aralıq dənizi hövzəsində ASCO-ya məxsus 11 gəmi Azərbaycan bayrağı altında üzür. Onlardan üçü tanker, səkkizi isə quru yük gəmisidir".
Qeyd edək ki, Tayvanın "Evergreen" şirkətinin "Ever Given" konteyner gəmisi martın 23-də saya oturmuşdu.
400 metr uzunluğunda, 224 min ton çəkisi olan gəminin saya oturması nəticəsində 300-dən çox gəmi Süveyş kanalında qalıb.