13:40
448.jpg)
Rusiya tərəfi mülki infrastruktura, o cümlədən neft emalı zavodlarına (NEZ) edilən hücumlar da daxil olmaqla, ABŞ kəşfiyyatının bu zərbələrdəki iştirakına aydınlıq gətirilməsi tələbi ilə Amerika tərəfinə müraciət edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə VGTRK-ya müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov bildirib.
Diplomat qeyd edib ki, Moskva ultimatum vermir.
"Biz Dövlət Departamentinə bir sıra suallar ünvanlamışıq və xahiş etmişik ki, kəşfiyyat məlumatları, eləcə də Birləşmiş Ştatların Rusiya ərazisinin dərinliklərinə, mülki obyektlərə zərbələrin təşkilində və həyata keçirilməsində daha dərindən iştirak etməsi ilə bağlı məsələləri şərh etsinlər", — deyə Lavrov bildirib.
Rusiya XİN rəhbəri bununla danışıqlar zamanı ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerə ultimatumun verilməsinin imkanı barədə sualı cavablandırıb.
İyul ayında Lavrov bəyan etmişdi ki, Ankoricdəki görüşündən sonra Rusiya və ABŞ arasında əldə olunmuş razılaşmaların icrası Ukraynadakı münaqişəni dayandırmağa imkan verərdi.
Məryəm Quliyeva