Şəkidə bazarın ət satışı sahəsində nöqsanlar aşkarlanıb Hadisə

Şəkidə bazarın ət satışı sahəsində nöqsanlar aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən, “Şəki Bazar” ASC-yə məxsus bazarın ət satışı sahəsində yoxlama keçirilib.

AQTA-dan APA-ya verilən məlumata görə, yoxlama zamanı iribuynuzlu və xırdabuynuzlu heyvan ətlərinin baytarlıq ekspertizasından keçirilmədən, möhürsüz şəkildə satışı həyata keçirildiyi aşkar edilib.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.