"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib
Aİ ölkələri Bakı və İrəvan arasında sülh prosesinə dəstək ifadə ediblər
Türkiyə Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmini 100 mlrd. dollara çatdırmağı hədəfləyir
Körpələr üçün nəzərdə tutulmuş qida formullarına dair sanitariya norma və qaydaları təsdiqlənib
28 Aprel 2021 13:04
2 100
“Əlilliyin ən uyğun meyarlarla təyin edilməsi, ödənişlərin buna uyğunlaşdırılması, qiymətləndirilməsinin təşkil edilməsi istiqamətində ciddi iş aparırıq”.
APA-nın məlumatına görə, bunu Ümumdünya Əməyin Mühafizəsi günü ilə bağlı keçirilən onlayn tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, əlilliyin böyük hissəsi məhz iş yerlərində baş verən hadisələrin nəticəsində meydana çıxır: “Bizim qarşılıqlı əməkdaşlığımızla artıq bu meyarlar tam hazırlanıb və hökumət qurumları ilə müzakirə edilib. Parlamentə təqdim olunma ərəfəsindədir. Biz inanırıq ki, sənəd parlamentin bu sessiyasında qəbul olunacaq və 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək. Bu dövr ərzində yenə Ümumdünya Səhiyyə Təşkilatı ilə aktiv şəkildə işləyərək, həm Səhiyyə Nazirliyinin, həm TƏBİB-in digər əlaqədar şəxslərin təlimləndirilməsi təmin olunacaq. Çünki yeni meyarlar yeni yanaşma tələb edir. Bu meyarlar faktiki olaraq dünyada mövcud olan hər xəstəlik üzrə kriteriyaların, faizlərin, hər xəstəliyin insanın əmək qabiliyyətinə, özünəqulluq qabiliyyətinə təsir faizlərini müəyyən edir”.
S. Babayevin sözlərinə görə, bu, geniş proqramdır: “Minlərlə həkimin təlimdən keçməsi təmin olunacaq. Onlar əsasında əlilliyin qiymətləndirilməsi aparılacaq. Bu da vətəndaşlarımız üçün daha şəffaf və tam başa düşülən mexanizmə çevriləcək”.