Türkiyə Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmini 100 mlrd. dollara çatdırmağı hədəfləyir
Körpələr üçün nəzərdə tutulmuş qida formullarına dair sanitariya norma və qaydaları təsdiqlənib
Türkdilli ölkələr arasında şahmat yarışının təşkilatçılığı yüksək qiymətləndirilib
Premyer Liqanın XV turunda "İmişli" "Karvan-Yevlax"la heç-heçəyə razılaşıb
30 İyun 2021 22:01
2 835
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Karyera Mərkəzi və “UNEC Future Club” tərəfindən birgə icra olunan “Motivasiyanı özümüzdən alaq” layihəsi çərçivəsində növbəti vebinar keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, vebinar “Microsoft” şirkətinin Belçika təmsilçiliyndə çalışan soydaşımız Ramin Şəfaqətovun təqdimatı ilə başlayıb. O, təmsilçisi olduğu “Microsoft” şirkəti və özünün karyera yüksəlişi barədə məlumat verib.
“UNEC Future Club” üzrə koordinator Murad Ələsgərli bildirib ki, vebinara UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsinin informasiya texnologiyaları ixtisasının tələbələri və digər universitetlərin informasiya texnologiyaları sahəsində təhsil alan tələbələri qatılıblar.
Qeyd olunub ki, “Motivasiyanı özümüzdən alaq” layihəsinin ilkin mərhələsində Azərbaycan universitetlərində informasiya texnologiyaları ixtisası üzrə təhsil alan tələbələrin bu sahə üzrə uğurlu karyera quran, beynəlxalq şirkətlərdə çalışan şəxslərlə görüşləri keçirilir. Növbəti mərhələlərdə isə beynəlxalq informasiya texnologiyaları şirkətləri ilə təcrübə mübadilələri təşkil olunacaq. Layihə çərçivəsində tələbələrə beynəlxalq informasiya texnologiyaları şirkətləri ilə kommunikasiya qurmaq və təcrübə mübadiləsi aparmaq imkanları yaradılacaq.