İyulda Azərbaycanda POS-terminalların sayı azalıb, bankomatların sayı isə artıb Hadisə

İyulda Azərbaycanda POS-terminalların sayı azalıb, bankomatların sayı isə artıb

Azərbaycanda POS-terminalların sayı iyul ayı ərzində 0,3% və ya 155 vahid azalaraq 59 995 ədəd təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, ilin əvvəlindən isə ölkədə POS-terminalların sayı 5% və ya 2 875 vahid artıb.

Məlumata əsasən, POS-terminalların 39 148 ədədi və ya 67,1%-i Bakıda, qalan 19 743 və ya 32,9%-i isə regionlarda quraşdırılıb.

Hesabat ayında bankomatların sayında isə artım müşahidə olunub. Belə ki, ölkədə quraşdırılmış bankomatların sayı iyulda 0,7% və ya 20 ədəd, ilin əvvəlindən isə 4% və ya 109 vahid artaraq 2 824-ə çatıb. Bankomatların 1 497-si və ya 53%-i Bakıda, 1 327 ədədi və ya 47%-i isə regionlarda quraşdırılıb.