Telman İsmayılovun 584 milyon dollar borcu var Hadisə
Qalmaqallı iş adamının Türkiyədəki otelini Türkiyənin ən zəngin adamlarından biri olan Nihat Özdemir almaq istəyir
"Milyarderlər İttifaqı" və "Milli Şura" layihəsi ilə siyasətə qoşulmağa çalışan Telman İsmayılovun Türkiyədə kredit borclarına görə hərraca çıxarılmış "Mardan Palace" otelini adı bir çox qalmaqallarda hallanan milyarder alır.
Türkiyənin "Milliyet" qəzetinin verdiyi xəbərə görə, İstanbulda inşa edilməkdə olan, tamamlananda dünyanın 3-cü ən böyük aeroportu olacaq yeni hava limanı layihəsində yer alan "Limak Holdinq" Telman İsmayılovun yeddiulduzlu otelini almağa hazırlaşır.
Bu barədə "Milliyet"ə holdinqin idarə heyətinin sədri, Türkiyənin ən zəngin adamlarından biri Nihat Özdemir bildirib. İş adamı deyib ki, onun holdinqi Türkiyədə həyata keçiriləcək meqa infrastruktur layihələrində yer almaq istəyir. Bunlar İstanbul boğazı üzərindən inşa ediləcək yeni körpü layihəsi, Şimali Mərmərə avtomobil yolu, Kanal İstanbul layihəsi və digər layihələrdir: "Bu layihələrin cəmi dəyəri 30 milyard dollardan çoxdur, biz də bu bu layihələrə girməkdə maraqlıyıq. Limak Holdinq" turizm sahəsində də yeni yatırımlar qoymağa hazırlaşır, yeni otellərin açılması gündəmdədir. Şirkətin əsas prioriteti isə dünyanın ən lüks otellərindən olan "Mardan Palace" otelini almaqdır".
Nihat Özdemir deyib ki, iyunda hərraca çıxarılacaq bu oteli yaxından izləyirlər: "Bizim otellərimizin sahib olduğu yataq sayı 6 mindir, "Mardan Palace" üçün də danışıqlar aparırıq".
Özdemir açıqlamasında Türkiyənin enerji sektoruna 1 milyard ABŞ dolları civarında sərmayə yatıracaqlarını da vurğulayıb: "Bu il elektrik istehsalına 1 milyard dolarlar yatırım qoyacağıq".
1,2 milyard dollar sərvəti ilə "Forbes"in siyahısında yer alan, AKP iqtidarından əvvəl adı o qədər də eşidilməyən və "Limak Holdinq"in ortağı olan Nihat Özdemir 1950-ci ildə əslən Bitlisdən olan ailədə, Diyarbəkirdə dünyaya gəlib. Onun ulduzunun parlaması AKP iqtidarı dövründə başlayıb. İş adamı hökumətin həyata keçirdiyi tikinti və infrastruktur layihələrində müntəzəm olaraq podratçı kimi yer alıb. İnşaatçı təhsli alıb, 90-cı illərin ortalarında Ankara Sənaye Odasının (ATO) məclis başqanı olub. "Fənərbaxça" idman klubunun II vitse-prezidenti vəzifəsini tutub. "Fənərbaxça" klubunun oyunları pulla almasına dair qalmaqal dövründə Nihat Özdemir bu vəzifədən ayrılıb, mətbuatda oyunların pulla alınmasını onun təşkil etdiyi haqda məlumatlar yer alıb. Nəhayət, Nihat Özdemir 2013-cü ilin dekabrında Türkiyəni silkələyən, Ərdoğanla Fətullah Gülən arasında müharibəni başladan 17 dekabr rüşvət və həbs əməliyyatlarının ardınca korrupsiya qalmaqalı ilə gündəmə gəlib. Belə ki, Türkiyə polisindəki və ədliyyə sistemindəki fətullahçı şəbəkə dekabrın 25-də ikinci həbs dalğasını başlatmaq üçün prokurordan sanksiya alıb. Lakin Ərdoğanın polis sistemində təcili yerdəyişmələrə başlaması bu həbslərin qarşısını alıb.
Həbs olunacaq şəxslərin siyahısında isə o vaxt baş nazir olan Ərdoğanın oğlu Bilalla yanaşı Nihat Özdemir və digər iş adamları, məmurlar yer alırdı. Habelə Nihat Özdemirin ortağı olan Sezai Bacaksız BOTAŞ enerji şirkətindəki "Mavi xətt" korrupsiya qalmaqalına görə 6 il həbs cəzası alıb. O, BOTAŞ-ın keçirdiyi tenderdə korrupsiyaya yol verməkdə və mənimsəmədə ittiham olunub. Fətullah Gülənlə AKP arasında kompromat müharibəsi başlayanda internetdə Nihat Özdemirin də səs yazıları sızdırılmışdı, onun adı Türkiyənin hakim ailəsinin mülkiyyətində olan ATV-Sabah qrupuna pul yatıran iş adamları sırasında keçirdi. Beləliklə, Türkiyə iqtidarına yaxın olan diyarbəkirli iş adamı Telman İsmayılovun atasının adını daşıyan və ona 1,5 milyard dollara başa gələn otelə əsas iddiaçıdır.
Otelin hərraca çıxarılmasına dair xəbərlərdən sonra T.İsmayılovun borclu olduğu banklar və şirkətlər məhkəməyə müraciət edərək ondan tələb etdikləri borclarını qeydə aldırmağa başlayıblar.
Sənədlərə əsasən "Mardan Palace"in mülkiyyətçisi olan "AST İnşaat Turizm Sənaye və Ticarət A.S." şirkətinin 2 banka 176 milyon dollar kredit borcu və 90 milyon dollar ipoteka borcu var.
Telman İsmayılovun şirkətinin borcları isə 584 milyon dollardır. Bura "Halk Bank"a 100 milyon dollar kredit və 50 milyon dollar ipoteka borcu, "Garanti Bankası"ına 116 milyon dollar ipoteka borcu daxildir. Şirkətdən borclarını istəyənlər arasında İstanbulun vergi idarəsi, "Güclü İnşaat", "Serdes Factoring" şirkətləri, "Asya İnşaat", Antalya bələdiyyəsi və s. yer alır.
"Mardan Palace" oteli 650 milyon türk lirəsi (TL), otelin lüks villaları isə 70 milyon TL başlanğıc qiymətinə hərraca çıxarılacaq. İlk hərrac iyunun 3-də olacaq. Otel ilk hərracda satılmasa iyunun 30-da ikinci hərrac olacaq.