"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib
Aİ ölkələri Bakı və İrəvan arasında sülh prosesinə dəstək ifadə ediblər
Türkiyə Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmini 100 mlrd. dollara çatdırmağı hədəfləyir
Körpələr üçün nəzərdə tutulmuş qida formullarına dair sanitariya norma və qaydaları təsdiqlənib
1 Oktyabr 2021 09:58
2 415
Vətən müharibəsi dövründə azərbaycanlılara qarşı törədilən cinayətlərlə bağlı 24 nəfər erməni beynəlxalq axtarışa verilib.
Bunu cümə günü jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib. O bildirib ki, həmin hadisələrlə bağlı ümumilikdə 76 cinayət işi başlanılıb:
"Onlardan 39-u mülki əhaliyə qarşı törədilmiş cinayətlərlə bağlıdır. Bildiyiniz kimi, Vətən müharibəsində mülki əhaliyə qarşı törədilmiş cinayətlər daha çoxdur. Bu istiqamətdə işlərimiz davam etdirilir".
Baş prokuror deyib ki, Birinci Qarabağ müharibəsi və eləcə də atəşkəs dövründə hərbçilərimizə qarşı törədilmiş cinayətlərlə bağlı da axtarışa verilənlər var: "Onların da sayı 300-ə yaxındır".