
Venesuela ABŞ-ı balıqçı gəmisini ələ keçirməkdə ittiham edib
13 Sentyabr 22:59
13 Sentyabr 22:59
13 Sentyabr 22:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
İşğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər keçirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri nəticəsində işğaldan azad edilmiş Çaylı kəndinə gizli yollarla daxil olmaq istəyən şəxs, rayonun Hacıqərvənd kənd sakini Telman Yusibov saxlanılıb. Araşdırmalar zamanı onun balıq ovlamaq məqsədi ilə Çaylı kəndinin ərazisindən keçərək Suqovuşan kəndinə daxil olmaq istədiyi müəyyən edilib.
Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə T.Yusibov 10 gün müddətinə inzibati qaydada həbs edilib.