Türkiyəli həkim böyrək xərçənginin inqilabi müalicə yollarını açıqladı Hadisə

Türkiyəli həkim böyrək xərçənginin inqilabi müalicə yollarını açıqladı

Böyrək xərçəngi ( https://muratbinbay.com/bobrek-kanseri ) diaqnozu aldığınız zaman yəqin ki, böyrək xərçəngi müalicəsi ilə bağlı bir çox sualınlız olacaqdır. Mövcud olan müalicə seçimləri hansılardır? Ən yeni böyrək müalicə seçimləri hansılardır? Uroloqunuz nə tövsiyyə edir?

Bu çox çətin görünsə də, müasir tibb və araşdırmaçıların səyləri ilə böyrək xərçəngi müalicəsində çox böyük irəliyəyişlər əldə olunub. Artıq keçmişə nisbətən daha çox müalicə seçimləri var.

Böyrək xərçənginin müalicə Planı hazırlamaq

Böyrək xərçəngi müalicəsi haqqında hər hansı bir qərar vermədən öncə uzmanın xərçəngin növü haqqında dəqiq olaraq məlumatlı olması lazımdır. Ən yayğın böyrək xərçəngi tipi Renal Hüceyrəli Karsinoma və ya RCC-dur. Dünyada bütün xərçəng xəstələrinin təxmini 85-90%ni təşkil edir.

Xərçəng tipindən sonra xərçəngin yayılma mərhələsinin bilinməsi müalicə planını qurarkən vacib bir addımdır. Xəstəliyin son mərhələri ilk mərhələdəki halında fərqli bir yanaşma tələb edir.

Birinci mərhələdə müalicə: Böyrək xərcəngi əməliyyatı

Böyrək xərçəngi əməliyyatı yayğın olaraq böyrəkdəki xərçəngin müalicəsində istafadə edilən ilk addımdır. İlkin mərhələlərdə cərrahiyyə gərəkli olan tək müalicə üsulu ola bilər. Əməliyyat bütün böyrəyin (nefroktomiya) , şişin və böyrəyin bir qisminin (parsiyel nefroktomiya ( https://muratbinbay.com/robotik-parsiyel-nefrektomi-ameliyati ) və ya böyrəyin və ətrafındaki bəzi toxuma və limfa düyünlərinin (radikal nefroktomiya ( https://muratbinbay.com/robotik-radikal-nefrektomi-ameliyati ) çıxarılması ilə həyata keçirilə bilər. Son mərhələlərdəki böyrək xərçəngində əməliyyat yenə də bir seçim ola bilər. Bu halda şişin və ya böyrəyin çıxarılması xərçəngin ilərləmisini yavaşlatmağa və ya şişdən qaynaqlı ağrı və narahatlığı aradan qaldırmağa kömək edə bilər.

Əməliyyat sonrasında xərçəngin artıq yayılmadığı müəyyən edilərsə əlavə bir müalicəyə ehtiyac olmaya bilər. Bu zaman uroloq həkiminiz xərçəngin təkrarlanma halının baş verməməsindən əmin olmaq üçün sizi daima müşahidə altında tutmalıdır.

Bütün əməliyyatlarda olduğu kimi böyrək xərçəngi əməliyyatında da bəzi risklər vardır.

  • Digər daxili orqanlara xəsarət
  • Həddindən çox qanama
  • İnfeksiya

Əməliyyat çıxış yolu deyilsə

Xərçəng müalicəsində cərahiyyə ən yayğın metod olmasına rəğmən hər kəs üçün uyğun bir seçim deyil. Böyrək xərçəngi əməliyyatı üçün uyğun deyilsinizsə, həkiminiz xərçəng hüceyrələrini aradan qaldırmaq üçün başqa br seçim məsləhət edə bilər. Bu müalicə metodları arasında kriyoterapiya, kriyoablasya, radiofrekans ablasiya (RFA) və ya nadir hallarda arteriyal embolizasiya yer almaqdadır.

Kriyoterapiya, xərçəng hüceyrələrini dondurmaq üçün çox aşağı temperatur istifadə edilir. Cərrahınız bir iynə və ya ultrasəs cihazı istifadə edərək böyrəyinizə içi boş bir katetr yerləşdirir. Ötürücü köməyi ilə böyrəkdəki xərçəng hüceyrələrinə soyuq qaz kütləsi göndərilir.

RFA, xərçəng hüceyrələrini yox etmək üçün bir elektrik cərəyanı istifadə edir. Eynən kriyoterepaiyadakı kimi həkiminiz bir katetr istifadə edir və xərçəng kütləsinə yaxınlaşır. Elektrik cərəyanı xərçəng kütlələrini isidib onları yox edir.

Arteriyal Embolizasiya, birbaşa xərçəng hüceyrələrinə toxunmaz. Bunun yerinə şiş hüceyrələrinə gedən qan axınını kəsərək onu böyümək üçün ehtiyacı olan qida maddələrindən məhrum edər. Cərrahınız qasıq nahiyyənizdəki bir damara balaca bir katetr yerləşdirir və onu böyrək arteriyasına keçirir. Bu arteriya qanı aortadan böyrəyə gətirir. Həkim beləliklə arteriyanı blok edir və qan axımının qarşını alır.

Bu prosedurlardan qaynaqlanan fəsadlar nadir halda baş verə bilər və bu fəsadlar əməliyyatla eynidir.

İmmunoterapiya və Hədəfə Uyğun Müalicə

Ənənəvi müalicə üsulları bəd xassəli şişləri çıxarmağı və ya xərçəng hüceyrələrini yox etməyi hədəf alır. İmmunoterapiya müalicə üsulu xərçənglə mübarizədə imunitet sisteminizi gücləndirir.

Hədəfə uyğun müalicə üsulları hüceyrələri öldürmək, çoxalmalarının və yayılmaların qarşısını almaq üçün xərçəng hüceyrələrinin müəyyən hissələrini hədəfləyir. Bu müalicə üsulları hal hazırda son mərhələ böyrək xərçəngi olan xəstələrdə tətbiq edilməktədir və xəstəliyi müalicə etməyə bilər. Bununla birliktə müəyyən böyrək xərçəngi növlərinin ilərləməsini bir müddət gecikdirə bilirlər.

Bu müalicədə istifadə edilən dərmanların yan təsirləri çox zaman standart kimyateriyaya nisbətən daha ucuz və az risklidir. Yenə də bəzi əks təsirlər ortaya çıxa bilər.

Bu əks təsirlər bunlardır:

  • İshal və ya qarın ağrısı
  • Halsızlıq
  • İnfarkt
  • Qızdırma və tiitrəmə
  • Bağırsaq qanaması
  • Böyək fəsadı
  • Aşağı qan təzyiqi
  • Taxikardiya
  • Nəfəs darlığı

Kimyaterapiya

Kimyaterapiya ümumiyyətlə böyrək xərçəngi üçün əsas müalicə üslulu olaraq effektiv deyil. Digər müalicə üsulları uğursuzluqla nəticələnərsə həkiminiz bunu tövsiyyə edə bilər. Bu halda immunoterapiya kimi digər müalicə üsulları ilə kombinasiyalarına ehtiyac duyula bilər. Çox vaxt dövri olaraq təkrarlayan kimyaterapiya müaliəcləri alarsınız. Təkrarlanmanın sıxlığı müəyyən dərmanlara bağlı olacaqdır. Kimyaterapiyanın əsk təsirləri yüngəl olə şiddətli arasında dəyişir və bunları ehtiva etməktədir:

  • Qəbzlik
  • İshal
  • Yorğunluq
  • Saç tökülməsi
  • Artan infeksiya riski
  • Ağız yaraları
  • Ürək bulanma və qusma

Radyoterapiya

Kimyaterapiyada olduğu kimi həkimlər böyərk xərçəngini müalicə etmık üçün çox vaxt radyo dalğaları istifadə etməzlər. Həkiminiz ağrı kimi xərçəng semptomlarını yüngülləşdirmıək üçün bunu məsləhət edə bilər. Əks təsirləri bunlar ola bilər:

  • Yorğunluq
  • Ürək bulanması
  • Dəridə günəş yanığı bənzəri izlər
  • Qusma

Son mərhələdə olan böyrək xərçənginin müalicəsi çox çətindir. Texnolojik ilərləyişlər və yeniliklər böyrək xərçəngi olan xəstələrin sağ qalma ehitmalını artırır. Uroloq həkiminiz ilə müalicə seçimlərini detallı olaraq danışmalı və ən uyğun böyrək xərçəngi müalicə prosesinə başlamalısınız.