Şəhərdaxili hərəkət planının hazırlanması Qaydası təsdiqlənib Hadisə

Şəhərdaxili hərəkət planının hazırlanması Qaydası təsdiqlənib

“Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması Qaydası” təsdiq edilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, ilkin mərhələdə Bakı şəhərinin inzibati ərazisinə münasibətdə Bakı Nəqliyyat Agentliyi, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Yevlax, Lənkəran, Şəki, Naftalan, Şəmkir, Quba, Tovuz, Qusar, Biləsuvar, Masallı, Xaçmaz, Göygöl, Göyçay, Ağcabədi şəhərləri üzrə isə yerli icra hakimiyyəti orqanları müvafiq şəhərlərin küçə-yol şəbəkəsində yol hərəkətinin bütün iştirakçılarının səmərəli, təhlükəsiz və rahat hərəkətini təmin edən “Şəhərdaxili hərəkət (mobillik) planı”nın layihəsini altı ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidirlər.

***

Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması QAYDASI

1. Ümumi müddəalar
1.1. “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması
Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata
keçirilməsi üzrə Tədbirlər Planı”na əsasən hazırlanmışdır və
şəhərdaxili hərəkət (mobillik) planının hazırlanma qaydasını
müəyyən edir.
1.2. Bu Qayda şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması üçün əsas prinsipləri, istiqamətləri, mobillik planının tərkibini
və məzmununu, onun hazırlanması üçün zəruri olan minimum
tələbləri və əsasları müəyyən edir.
1.3. Şəhərdaxili hərəkət (mobillik) planı (bundan sonra –
mobillik planı) - əhalinin və ərazinin perspektiv inkişafı nəzərə
alınmaqla yol hərəkətinin bütün iştirakçılarının təhlükəsiz hərəkətinin
təmin edilməsi, ümumi istifadədə olan nəqliyyat xidmətlərinin
keyfiyyətinin, dayanıqlılığının və əlçatanlığının artırılması, habelə
nəqliyyat vasitələrindən (o cümlədən, velosiped nəqliyyatından),
nəqliyyat və piyada infrastrukturundan istifadənin müasir tələblərə
cavab verən səviyyədə təmin edilməsi üçün hazırlanmış plandır.
1.4. Mobillik planı hər bir şəhərin qüvvədə olan Baş planı
əsasında hazırlanır. Mobillik planının qüvvədəolma müddəti Baş
planın qüvvədəolma müddəti ilə müəyyən edilir. Baş plan olmadığı
halda və ya Baş planın qüvvədəolma müddəti bitdikdə, şəhərlərin
bütün ərazisi üçün mobillik planının hazırlanmasına yol verilir.
1.5. Mobillik planı yerli icra hakimiyyəti orqanlarının,
bələdiyyələrin və Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat
Agentliyinin sifarişi ilə hazırlanır və Azərbaycan Respublikasının
3
Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Hər bir şəhər üçün yalnız bir
mobillik planı olmalıdır.
1.6. Mobillik planı sifarişçi ilə layihələndirmə fəaliyyəti ilə
məşğul olan hüquqi və ya fiziki şəxslər (layihəçi) arasında
bağlanılmış müqavilə əsasında qarşılıqlı razılaşdırılmış müddətdə
hazırlanır.
1.7. Sifarişçi ilə layihəçi arasındakı müqavilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa və mülki
qanunvericiliyə uyğun bağlanılır.
1.8. Layihəçi sifarişçi ilə bağladığı müqaviləyə və sifarişçinin
layihə tapşırığına uyğun fəaliyyət göstərir. Layihəçi müqavilə
şərtlərinə riayət edilməsinə, layihə keyfiyyətinə, əsaslandırılmasına
və razılaşdırılmasına, həmçinin layihənin şəhərsalma və tikintiyə dair
normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını təmin edir və
buna görə cavabdehlik daşıyır.
1.9. Mobillik planı ictimaiyyət üçün açıqdır. Sifarişçi hüquqi və
ya fiziki şəxslərə mobillik planı ilə tanış olmaq imkanı yaratmalı və
sorğu əsasında həmin sənədlərin surətini verməlidir.
2. Mobillik planının əsas prinsipləri
2.1. Mobillik planına aşağıdakı elementlər daxildir:
2.1.1. şəhər ərazisinin funksional zonalarına görə davamlı
təhlükəsiz və rahat yol hərəkətliliyinin planlaşdırılması;
2.1.2. dövlət orqanları (qurumları), habelə bələdiyyələr
arasında bu sahədə əməkdaşlığın təmin edilməsi;
2.1.3. layihənin hazırlanması zamanı vətəndaş cəmiyyəti
institutlarının, hüquqi şəxslərin, ayrı-ayrı vətəndaşların, mütəxəssis
və ekspertlərin təkliflərinin alınması;
2.1.4. şəhərin nəqliyyat sisteminin fasiləsiz təşkili istiqamətində
gələcək fəaliyyətdə uzunmüddətli baxışın və vahid yanaşmanın
müəyyən edilməsi;
2.1.5. ümumi istifadədə olan nəqliyyatın müxtəlif növlərinin
əlaqəli şəkildə inkişaf etdirilməsinin planlaşdırılması və təşkili;
2.1.6. piyadalar üçün, o cümlədən əlilliyi olan şəxslər üçün
rahat və maneəsiz infrastrukturun yaradılması.
4
3. Mobillik planının əsas istiqamətləri
3.1. Mobillik planının əsas istiqamətləri aşağıdakılardır:
3.1.1. yol hərəkətinin bütün iştirakçılarının təhlükəsiz hərəkət
ehtiyaclarının qarşılanması və əlçatanlığının təmin edilməsi;
3.1.2. müxtəlif nəqliyyat növlərinin balanslaşdırılmış inkişafının
və daha yaxşı inteqrasiyasının təmin edilməsi;
3.1.3. iqtisadi-işgüzar mühitin, insan üçün əlverişli və sağlam
yaşayış, iş və istirahət mühitinin dayanıqlı inkişafının təmin edilməsi;
3.1.4. nəqliyyat əməliyyatlarında səmərəliliyin artırılması və
xərclərin optimallaşdırılması;
3.1.5. şəhər ərazisindən, mövcud nəqliyyat infrastrukturundan
və xidmətlərindən daha səmərəli istifadə edilməsi;
3.1.6. nəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli
maddələrin və enerji istehlakının azaldılmasının təmin edilməsi;
3.1.7. əhalinin ümumi istifadədə olan nəqliyyatdan istifadəsinin
stimullaşdırılması və xüsusilə şəhərin mərkəzində şəxsi avtomobil ilə
hərəkətin azaldılmasının təşviqi istiqamətində tədbirlərin həyata
keçirilməsi;
3.1.8. şəhər ərazisində piyada infrastrukturunun (piyada zonalarının, yollarının, keçidlərinin və s.), habelə velosiped nəqliyyatının
inkişafı, təşviqi və əlçatanlığı istiqamətində tədbirlərin həyata
keçirilməsi.
4. Mobillik planının tərkibi və məzmunu
4.1. Mobillik planı hazırlanarkən aşağıdakılar nəzərdə
tutulmalıdır:
4.1.1. ümumi istifadədə olan nəqliyyatın inkişafının prioritet
olaraq müəyyənləşdirilməsi və əhalinin nəqliyyata əlçatanlığının
artırılması istiqamətinə dair tədbirlər;
4.1.2. ictimai sərnişin nəqliyyatının ən yaxın dayanacaqlarına
qədər piyada gediş məsafəsinin müəyyənləşdirilməsi;
4.1.3. ümumi istifadədə olan nəqliyyatın cəlbediciliyinin
artırılması və ya qorunub saxlanılması məqsədilə gediş-gəliş üçün
vaxt sərfinin azaldılması istiqamətinə dair tədbirlər;
4.1.4. ümumi istifadədə olan nəqliyyatın digər növlərinə (metro,
şəhərətrafı qatar, şəhərlərarası avtobuslar və taksilər) keçidlərin və
5
şəhər ərazisində ümumi istifadədə olan nəqliyyatın təşkilinin
nəqliyyat mübadilə mərkəzlərindən planlaşdırılması;
4.1.5. ümumi istifadədə olan nəqliyyat vasitələri üçün hərəkət
zolaqları;
4.1.6. müntəzəm şəhərdaxili marşrutların sərnişin axınına və
yol infrastrukturuna uyğun olaraq optimallaşdırılması;
4.1.7. şəhər ərazisində ümumi istifadədə olan nəqliyyat
vasitələrinin dayanacaqlarının, taksi duracaqlarının və parklanma
yerlərinin optimallaşdırılması;
4.1.8. ümumşəhər mərkəzində, mövcud yaşayış, sənaye və
istirahət zonalarının mərkəzlərində və gündəlik istifadə olunan
ticarət, məişət və digər növ xidmət sahələrinin fəaliyyət göstərdiyi
ərazilərdə bu Qaydanın 3.1.8-ci yarımbəndində nəzərdə tutulan
piyada infrastrukturunun və velosiped yollarının təşkilinin və
əlçatanlığının artırılması istiqamətinə dair tədbirlər;
4.1.9. nəqliyyat vasitələrinin və piyadaların hərəkət təhlükəsizliyinin nəqliyyat axınının nizamlanması vasitələrindən və xüsusi
texniki avadanlıqlardan istifadə edilməklə təmin olunmasına dair
tədbirlər;
4.1.10. fövqəladə hallar və təcili xidmətlər üçün nəqliyyat
idarəetmə tədbirləri;
4.1.11. logistika fəaliyyətlərinin və yük axınlarının idarə
olunmasına dair tədbirlər;
4.1.12. avtomobil yollarında yol hərəkəti təhlükəsizliyinin, ətraf
mühitin mühafizəsinin, habelə əlilliyi olan şəxslərə müyəssərliyin
təmin edilməsi ilə bağlı tədbirlər;
4.1.13. yük terminallarının, şəhərlərin girişlərində yük və
sərnişinlər üçün mərkəzlərin (anbar, qovşaq, keçid stansiyaları və s.)
planlaşdırılması ilə bağlı tədbirlər;
4.1.14. küçə və yollardan səmərəli istifadə ilə bağlı tədbirlər;
4.1.15. nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin inkişaf
sxemi;
4.1.16. küçə və yolların təsnifatı, hərəkətin əsas
xarakteristikası;
4.1.17. metro və tramvay depolarının, avtobus parklarının, iri
qarajların və minik avtomobillərinin dayanacaq və duracaq yerləri;
4.1.18. yol-nəqliyyat qurğuları (körpülər, yolötürücüləri, tunellər
və s.);
4.1.19. ümumi istifadədə olan nəqliyyatın marşrut xətləri;
6
4.1.20. piyada və velosiped yollarının əsas istiqamətləri və
keçid yolları;
4.1.21. nəqliyyat qovşaqlarında və müxtəlifsəviyyəli kəsişmələrdə nəqliyyat hərəkətinin təşkili;
4.1.22. yaşayış, ictimai-işgüzar, rekreasiya, istehsalat (sənaye,
elmi-istehsalat, kommunal-anbar) və nəqliyyat infrastrukturu zonalarında və bu zonalar arasında nəqliyyat və piyada hərəkətinin təşkili
ilə bağlı tədbirlər;
4.1.23. mobillik planında bu planın məqsədləri, bu Qaydanın
4.1-ci bəndində nəzərdə tutulan müddəalar əks etdirilməli, həmçinin
təklif və həllərin əsaslandırılması qeyd olunmalıdır.
5. Mobillik planının hazırlanması
5.1. Mobillik planının hazırlanması mərhələləri aşağıdakılardır:
5.1.1. mövcud mobillik vəziyyətinə dair məlumatların
toplanılması, ictimai rəyin öyrənilməsi və təhlili;
5.1.2. mobillik planının tərtib edilməsi;
5.1.3. mobillik planının yekun layihəsinin ictimai müzakirə üçün
təqdim edilməsi;
5.1.4. mobillik planının aidiyyəti dövlət orqanları (qurumları) ilə
razılaşdırılması;
5.1.5. mobillik planının təsdiq edilməsi.
5.2. Mövcud mobillik vəziyyətinin təhlili üçün aşağıdakı
məlumatlar toplanılır:
5.2.1. ərazidə olan əhalinin sayı və yaşayış, ictimai-işgüzar,
rekreasiya, istehsalat (sənaye, elmi-istehsalat, kommunal-anbar) və
nəqliyyat infrastrukturu zonalarına dair məlumatlar;
5.2.2. mövcud nəqliyyat infrastrukturu, nəqliyyat parkı,
nəqliyyat xidməti, avtomobil yollarında hərəkət sıxlığı, hərəkətin
təşkili, marşrut xətləri və parklanma yerlərinə dair məlumatlar;
5.2.3. yol hərəkətinin təhlükəsizliyi vəziyyətinin təhlili və yolnəqliyyat hadisələrinin nəticələrinə dair məlumatlar;
5.2.4. əhali artımına görə nəqliyyat tələbinin proqnozlaşdırılması;
5.2.5. nəqliyyat axınlarının və əsas yerdəyişmə istiqamətlərinin
araşdırılması;
5.2.6. sərnişin yerdəyişmələrinin xüsusiyyətləri, hərəkətlilik
səviyyəsinə dair məlumatlar;
7
5.2.7. əhalinin istirahətinin təşkili üçün nəzərdə tutulmuş
yerlərə dair məlumatlar;
5.2.8. nəqliyyatın ətraf mühitə və insan sağlamlığına təsirinin
qiymətləndirilməsinə dair məlumatlar;
5.2.9. şəhərin Baş planının materialları.
5.3. Mobillik planında aşağıdakılar öz əksini tapmalıdır:
5.3.1. izahat yazısının titul vərəqində sifarişçinin və layihəçinin
adı, layihənin tam adı, layihənin hazırlanması ili və ayı, izahat
yazısında isə mətn materiallarının siyahısı şəklində layihənin tərkibi
və layihəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir.
5.3.2. mobillik planında küçə-yol şəbəkəsinin, həmçinin
nəqliyyat və piyada hərəkətinin inkişaf sxemləri göstərilir;
5.3.3. hazırlanmış mobillik planı elektron daşıyıcıda və kağız
üzərində sifarişçiyə təqdim edilir.
5.4. Aidiyyəti dövlət orqanları və qurumları mobillik planının
layihəsi razılaşdırılmaq məqsədilə təqdim edildiyi gündən 30 (otuz)
gün müddətində sənədlərə dair yazılı rəy verməlidir. Bu müddət
ərzində onlar müvafiq rəy bildirmədikdə sifarişçi həmin orqanlarla və
qurumlarla məsələni razılaşdırılmış hesab edir.
5.5. Mobillik planının hazırlanması, planın məqsədləri və
ehtimal olunan təsirləri, ərazinin yenidən qurulması və ya inkişafı
barədə ictimai müzakirələrin aparılması “İctimai iştirakçılıq haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişçi
tərəfindən təmin edilir.
5.6. Mobillik planı tam hazır olduqdan sonra 10 (on) gün
müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təsdiq
edilməsi üçün təqdim olunur.
6. Mobillik planının razılaşdırıldığı orqanların
(qurumların) siyahısı
6.1. Mobillik planı aşağıda qeyd olunan orqanlar (qurumlar) ilə
razılaşdırılmalıdır:
6.1.1. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyi;
6.1.2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;
6.1.3. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi;
6.1.4. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və
Arxitektura Komitəsi;
8
6.1.5. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi;
6.1.6. Bakı Şəhər İcra Hakimiyyəti (Bakı şəhərinin inzibati
ərazisi daxilində);
6.1.7. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (Bakı
şəhərinin inzibati ərazisi daxilində);
6.1.8. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
(aidiyyəti üzrə).