Milli Observatoriyanın Strateji İnkişaf Planı hazırlanır Hadisə

Milli Observatoriyanın Strateji İnkişaf Planı hazırlanır

Milli Observatoriyanın Strateji İnkişaf Planı hazırlanır.

Bunu Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Vüqar Həsənov deyib.

O qeyd edib ki, yaxın vaxtlarda inkişaf planı nazir Sahil Babayevə təqdim olunacaq.

"Artıq Milli Observatoriya təşəkkül tapma mərhələsindən inkişaf mərhələsinə qədəm qoyur. Fəaliyyətinin gücləndirilməsi əsas diqqət mərkəzindədir. Milli Observatoriyanın beyin mərkəzinə çevrilməsi, təlim-tədris platformasının yaradılması, kadr potensialından düzgün istifadə edilməsi və s. hədəflər nəzərdə tutulub", - deyə o bildirib.