Husilər Səudiyyə Ərəbistanının Əbha hava limanına raket zərbəsi endirib
Fransa Silahlı Qüvvələri döyüş başlığı olmayan yeni nüvə raketini sınaqdan keçirib
Yəməndə Səudiyyə Ərəbistanının zərbələri nəticəsində yeddi nəfər həlak olub
AİB Azərbaycanda Biləcəri–Yalama dəmir yolunun modernləşdirilməsinə dəstək verir
1 Mart 2024 18:54
7 665
Martın 3-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Mən dəyərəm min cavana” iki hissəli musiqili komediyası 90-cı dəfə nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşa tanınmış yazıçı-dramaturq Tamara Vəliyevanın Musiqili Teatrda “Bankir Adaxlı”dan sonra səhnəyə qoyulan ikinci əsəridir.
Yaranma tarixçəsi qəribə olan komediya illər əvvəl görkəmli teatr və kino aktyoru, “Şöhrət” ordenli, Xalq artisti Hacıbaba Bağırovun 75 illik yubileyi münasibətilə hazırlanırdı. Lakin tamaşanın premyerasından əvvəl, 2006-cı ildə onun qəfil vəfatı yaradıcı heyətin bütün planlarını dəyişir. 2007-ci ildə “Mən dəyərəm min cavana” böyük sənətkarın xatirəsinə ithaf olaraq, sevənlərinə bir təskinlik kimi təqdim edilir.
İlk nümayişindən 17 il keçməsinə baxmayaraq, yenə də öz aktuallığını saxlayan səhnə əsərində rolları Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal, Əməkdar artistlər Nadir Xasiyev, Əkbər Əlizadə, Nərgiz Kərimova, aktyorlar Rəsmiyyə Nurməmmədova, Ülviyyə Əliyeva, Elxan İsmayılov, Gülçöhrə Abdullayeva, Səmədzadə Xasiyev, Ruslan Mürsəlov, Nəzrin İsmayılzadə, Əli Kərimov və Murad Əliyev ifa edəcəklər.
Həmçinin teatrın xor və balet artistlərinin bir-birindən maraqlı və rəngarəng çıxışları da tamaşaya gözəllik qatacaq.
11:16
490
5 Oktyabr 14:21
994
5 Oktyabr 09:21
1 106