“Kağız zəmanətlər Rusiyanı dayandırmaz”
18 Dekabr 19:29
18 Dekabr 19:29
18 Dekabr 19:19
18 Dekabr 18:29
18 Dekabr 17:41
27 Aprel 12:06
6 160
Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Kukla Teatrı IV Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı çərçivəsində Ankarada səfərdədir. Festival proqramına uyğun olaraq aprelin 25-də Ankaradakı “Cermodern” konsert mərkəzində Kukla Teatrı təmsilçilərinin təqdimatında “Cırtdanın Türkiyədə macəraları” tamaşası göstərilib.
Teatrın mətbuat xidmətindən xalqcəbhəsi.az-a verilən məlumata görə, anşlaqla keçən nümayişin tamaşaçıları arasında tanınmış ictimaiyyət nümayəndələri, mədəniyyət sahəsi mütəxəssisləri ilə yanaşı, Türkiyə-Azərbaycan Dostluq və Əməkdaşlıq Vəqfinin rəhbəri, tanınmış alim, ictimai xadim Aygün Attar da olub. Birpərdəli uşaq tamaşasının ideya və quruluş müəllifi Saida Haqverdiyeva, səhnə tərtibatçısı İqbal Əliyevdir.
Milli musiqilərlə zəngin səhnə işində obrazları Elnur Abbasquliyev, Rəhim Rəhimov, Səriyyə Mansurova, Aygül Ağayeva və Cavid Telman canlandırıblar. Ana ideyası türkiyəli teatrsevərlərə milli nağıl personajlarımızı təqdim etməklə müxtəlif kukla oyun üslublarını təqdimat olan səhnə işi Azərbaycan musiqi əsərlərinin müşayiəti ilə daha da yaddaqalan olub.
Nümayişin ardınca festival təşkilatçıları Azərbaycan təmsilçilərinə festivalda iştirak üçün təşəkkür edərək fəxri diplom təqdim ediblər.
Qeyd edək ki, beynəlxalq festivalda Azərbaycan Dövlət Kukla Teatrının kollektivi ilə yanaşı, Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) teatr sənəti ustaları da iştirak edib.
Ankarada başlayan sənət bayramı daha sonra Azərbaycanda (28-30 aprel) və Özbəkistanda (2-5 may) davam edəcək.
Tədbirin bağlanış ünvanı isə bu dəfə Şimali Kipr Türk Cümhuriyyətidir.
18 Dekabr 18:28
1 015
18 Dekabr 18:00
1 008
18 Dekabr 16:32
903




