“Zəfər paradı strateji həmrəyliyin simvolu kimi idi”
9 Noyabr 10:54
9 Noyabr 10:54
8 Noyabr 10:28
ABŞ təyyarədaşıyan gəmisini Latın Amerikası sularına göndərib
Azərbaycanın Baş naziri və Türkiyənin vitse-prezidenti arasında telefon danışığı olub
Türkiyə və Gürcüstan XİN rəhbərləri axtarış-xilasetmə əməliyyatlarını müzakirə ediblər
Kəmaləddin Heydərov təyyarə qəzası ilə bağlı Gürcüstan daxili işlər naziri ilə telefonla danışıb
21 İyun 13:49
6 118
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Yasamal rayon Heydər Əliyev Mərkəzində Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirib.
MKS-dən AZƏRTAC-a bildirilib ki, əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş videoçarx nümayiş olunub.
Tarix üzrə fəlsəfə doktoru, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova tədbirin əhəmiyyətindən söhbət açıb.
Filologiya elmləri doktoru, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan şöbəsinin mütəxəssisi Esmira Fuad Bəxtiyar Vahabzadənin yaradıcılığına toxunub.
Filologiya elmləri doktoru, professor Yeganə İsmayılova Bəxtiyar Vahabzadənin dərin filosof olduğunu bildirib.
Yazıçı-publisist Reyhan Mirzəzadə, türkiyəli yazıçı Selvigül Şahin, Osloda Azərbaycan Məktəbinin koordinatoru Günay Əliyeva, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Əfəndiyeva, Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova çıxışlarında Bəxtiyar Vahabzadəni Türk dünyasının şairi adlandırıblar.
Tədbirdə Bəxtiyar Vahabzadənin şeirləri və şeirlərinə bəstələnmiş mahnılar səsləndirilib.
Sonda türkiyəli yazıçılar Selvigül Şahin və Süheyla Karacaya Azərbaycan ədəbiyyatını təbliğ etdiyinə görə M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu diplomları təqdim olunub.
11 Noyabr 15:29
1 386
9 Noyabr 10:56
2 359
7 Noyabr 17:09
2 961