İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
5 Fevral 10:56
5 509
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Pamela Treversin “Meri Poppins” nağılı əsasında hazırlanan eyniadlı tamaşasının oxunuş məşqlərinə başlanılıb.
Birhissəli səhnə əsərinin quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Nisə Həsənova, musiqi tərtibatı Aygül Quliyeva, rejissor assistenti Nəsibə Canəliyevadır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova aiddir.
Tamaşada Aydan Həsənzadə, Xaliq Bəkirov, Zemfira Əbdülsəmədova, Elşən Şıxəliyev, Zümrüd Quliyeva, Xəyalə Qasımova, Hüseyn Bayramov iştirak edirlər.
Meri Poppins heyvanların və quşların dilini başa düşür, bir çox heyrətamiz sirləri bilir və hətta uçmağı da bacarır! O, nağıl qəhrəmanlarını özünün sehirli dünyasına aparır, müxtəlif sirli məkanlarda gəzdirir. Müəllif Merinin simasında uşaqlarla səmimi olmağı, onların kövrək dünyasına səyahəti təqdim edir.
25 Mart 16:21
1 281
23 Mart 22:02
2 667
23 Mart 17:27
2 940