Yaqub Zurufçu Kanadada konsert verəcək Mədəniyyət

Yaqub Zurufçu Kanadada konsert verəcək

Tanınmış müğənni, Əməkdar Artist Yaqub Zurufçu Kanadanın Toronto şəhərində geniş konsert proqramı ilə çıxış edəcək. Müğənni bildirib ki, Kanada dünyanın ən inkişaf etmiş, mədəni ölkəsidir və orada çoxlu sayda soydaşlarımız yaşayır, çalışır, mədəni fəaliyyət göstərirlər. Sevindirici haldır ki, orada soydaşlarımız mədəni cəmiyyətlər də yaradıblar. Məhz mənim konsertim də belə cəmiyyətlərdən birinin təşkilatçılığı ilə reallaşacaq. Müğənni deyib ki, konsert 2018-ci ilin ilk günü, yanvarın1-də keçiriləcək.
Y.Zurufçu bildirib ki, Azərbaycan musiqisini dünyanın bir çox ölkəsində təbliğ etmək üçün, Torontodan sonra, Los-Anceles, Hyuston, Vaşinqton, London və başqa şəhərlərdə də konsertlər verəcək. Qeyd edək ki, ötən il də Yaqub Zurufçu Kanadada konsert proqramı ilə çıxış edib və Ontario ştatının təhsil naziri tərəfindən fəxri diplomla təltif olunub.