Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub Mədəniyyət

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub

Xalq yazıçısı Elçinin Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub.

Abidənin müəllifi Xalq rəssamı Natiq Əliyevdir.

Mədəniyyət nazirinin müavinləri, Yazıçılar Birliyinin sədri Anar Rzayev və s. yazıçının məzarını ziyarət ediblər.

Qeyd edək ki, Xalq yazıçısı Elçin 2025-ci il avqustun 3-də vəfat edib.

Xatırladaq ki, Elçin Əfəndiyev 1943-cü il mayın 13-də Bakı şəhərində anadan olub. O, yaradıcılığa ötən əsrin 60-cı illərində başlayıb və Azərbaycan ədəbiyyatında xüsusi yer tutan “60-cılar” ədəbi nəslinin ən aparıcı nümayəndələrindən biri olub. Yazıçı milli ədəbiyyata yeni ab-hava, yeni dəyərlər və bədii ifadə vasitələri gətirib, ədəbi mühitin inkişafında müstəsna rol oynayıb.

Elçin Əfəndiyev Azərbaycan ədəbiyyatında və mədəniyyətində müstəsna xidmətlərinə görə “İstiqlal” ordeni və digər yüksək dövlət mükafatları ilə təltif olunub.