10:08
1 197
Rusiya-Ukrayna müharibəsi elə bir fazaya keçib ki, qarşılıqlı raket və dron zərbələri vərdiş halı alıb. Ukrayna onsuz da müharibə başlayandan zərbə altında idi. Amma Rusiyaya zərbə üçün vaxtilə sərhəddə qədər, yəni Ukrayna ərazisində zərbə vurmağa raket verən Qərb koalisiyası indi sakit şəkildə Ukraynanın bütün Rusiya ərazilərini vurmasını kənardan sakit izləyir.
Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib.
"Maraqlısı odur ki, Rusiya da bunu təbii qarşılayır. Sanki Rusiya elə bunu gözləyirdi. Putin "müharibə bitsə nə edəcəyik?"- deməklə, sanki bundan ləzzət alır kimidir. Görünən odur ki, artıq bu müharibə Rusiyaya ləzzət eləyir. Putunin təbirincə hərəkətlilik var. Bu gedişlə müharibənin bitəcəyi böyük sual altındadır. Əksinə daha dağıdıcı şəkildə davam edəcək" - politoloq deyib.
Onun sözlərinə görə, Rusiya öz imkanlarını səfərbər edəcəyindən əmindir. Ona görə də hələ müharibəyə başlamadıqlarını deyirlər. Səfərbərlik olacağı qeyd edilsə də hələlik bu, inkar edilir. Putin hələlik ölkə daxilində müharibə ab-havasının daha da artmasını gözləyir. Bundan sonra səfərbərlik etmək olacaq:
"Səfərbərliklə Rusiyanın çox şeyə nail olacağı isə şübhə altındadır. Səfərbərlik cəbhədə ciddi dəyişiklik edə bilməsə, bu, Rusiya üçün sonun başlanğıcı olacaq".
Cavid