
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Azərbaycanın dahi şairi və mütəfəkkiri İmadəddin Nəsiminin əlyazmalarını ortaya çıxarıb.
Bu barədə Avrasiya.net-ə S.Nəsirov məlumat verib. O, qeyd edib ki, dahi şairimiz haqqında apardığı tədqiqatlar əsnasında, Misirin paytaxtı Qahirədə yerləşən “Misir Kitablar Evi”ndə (Dər əl-Kutub əl- Misriyyə) Imadəddin Nəsiminin əlyazmalarını ortaya çıxarıb.
Tədqiqatçı əlyazmaların Azərbaycan və fars dillərində olduğunu bildirir.
Azərbaycan dilində olan əlyazmanın uzərində Nəsimi Külliyatı yazılmışdır. Bu külliyat şer və nəsrdən ibarətdir. Şerlərin çoxu rubai və məsnəvi üslübünda yazılmışdır. Arasında qəzəl də vardır. Nəsrlər isə əsasən öyüd-nəsihət və Peyğəmbərin əhli beytindən bəhs edir. S. Nəsirovun ən çox diqqətimi çəkən isə ərəb əlifbasının sırasına uyğun olaraq, ayrı ayrı sonu eyni hərflə bitən şerlərin olması olub. Əlyazma 254 vərəqdən ibarətdir. Kiçik hərflərlə nəstəliğ xətti ilə yazılmışdır. Hicri tarixi ilə 941-ci ildə (miladi1535-ci il), Pir Əhməd İskəndər oğlu tərəfindən nəsx olunmuşdur.
Fars dilində olan əlyazma isə nisbətən kiçik həcmdədir və sadəcə şerlərdən ibarətdir. Adı "Divan Nəsimi"-dir. Şikəstə xəttinə bənzəyən nəstəliğ xəttilə yazılmışdır. Əlyazmanın vərəqlərinin eni 11sm uzunluğu isə16 sm-dir və sayı səksən altıdır.
Seymur Nəsirov 20 ildən çoxdur ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqatlar aparır, 250-dən çox azərbaycanlı alim haqqında iki kitabın, Misirlə Azərbaycan arasında tarixi və mədəni əlaqələrlə bağlı onlarla məqalənin müəllifidir.
Qeyd edək ki, “Misir Kitablar Evi” (Dər əl-Kutub əl- Misriyyə) dünyanın ən məşhur kitabxanalarından biridir.