Azərbaycan XİN rəhbəri ABŞ dövlət katibi ilə Ermənistanla normallaşma prosesini müzakirə edib
Prezident İlham Əliyev Davosda ÜST-ün Baş direktoru ilə görüşüb
Prezident İlham Əliyev Davosda “Vestas Wind Systems” şirkətinin nümayəndəsi ilə görüşüb
Baş Prokurorluq həkim cərrahla bağlı Səhiyyə Nazirliyinə təqdimat göndərib
19 Avqust 2019 15:44
5 068
Tbilisidə “Forsaj-9” (Fast and Furious - 9) filminin bəzi səhnələrinin çəkilişinə başlanılıb.
Avqustun 20-dək davam edəcək çəkilişlərlə əlaqədar Gürcüstan paytaxtının müəyyən küçələrində nəqliyyatın hərəkəti vaxtaşırı məhdudlaşdırılacaq. Tbilisidə çəkilişlər əsasən Rustaveli və Vaja-Pşavela prospektlərində, Azadlıq meydanında, Puşkin, Besarion Jqenti, Avto Varazi və Universitet küçələrində aparılacaq.
Filmin çəkilişləri Tbilisi ilə yanaşı Rustavi şəhərində aparılacaq. Burada çəkiliş məkanı kimi Rustavi maşın bazarı seçilib.
Qeyd edək ki, “Forsaj - 9” filminin Gürcüstanda çəkilişləri “Gürcüstanda çək” dövlət proqramı çərçivəsində baş tutub.