“Kitabımın tərcüməsini oxuyanda dəli oldum” Mədəniyyət

“Kitabımın tərcüməsini oxuyanda dəli oldum”

Tomas Qolts: "Kitabımın tərcüməsini çox məşhur bir yazara göndərdim, oxuyub geri verdi və soruşdu ki, bu hansı dildə yazılıb?..."

"Mən Azərbaycana gələndə çörək üçün intihar edirdilər, evlərdə aclıq idi. İndi ölkə abadlaşıb və güclü bir dövlətə çevrilib"

...Onunla illər öncə görüşüb danışmışdıq. Ən maraqlı müsahiblərimdən biri idi və suallarımı cavablamaq üçün şərt qoymuşdu:
Onun köhnə "Bakı Soveti"nin binası qarşısındakı meydanda göstərəcəyi motoskilet şousuna qatılacaqdım. Sarı motoskletin səbətində ürəyim qorxudan ağzıma gələrək sounun bir parçası kimi üzümdə gülümsəmə işarəsi, başımda sarı kasket tam bir saat vaxt keçirdikdən sonra nəhayət üz-üzə oturmuşduq. Və dili açılmışdı. 1990-cı ildən başlamışdıq. Taki unutduğum o görüşdüyümüz ilə qədər.

Mavi çəlləklə təbliğat...

Tomas Qoltz. Amerikalı. Qafqaz vurğunu və məcaraçı biri. 1990-cı illərdə Sovet imperiyası çökməyə başlayanda məcarapərəstliyi tutur. Qafqaz Azərbaycanını isə ona görə seçir ki həmişə dəmir pərdə ilə örtülü SSRİ məhz bu torpaqlardan süqut etməyə başlamışdı. SSRİ-də ilk və ən qanlı qətliam da məhz burada, Azərbaycan torpaqlarında törədilmişdi. Onunla görüşəndə artıq bizim bir parçamıza çevrilmişdi Amerikalı jurnalist Tomas Qoltz. Ermənilərin başlatdığı işğalçı savaş səngimiş, azərbaycanlılara qarşı qətliamlar törədilmiş, insanlar yurd-yuvalarından qovulmuş, Azərbaycanda bir nəçə dəfə hakimiyət dəyişikliyi baş vermiş, Heydər Əliyev iqtidara gəlmiş və atəşkəs elan olunmuşdu. İndi sıra Bakı-Ceyhan boru xəttinin çəkilişinin reallaşması idi. Tomas bu tarixi anlaşmaların şahidi olmuşdu. Və o, Azərbaycan, Gürcüstan və Türkiyədə bu layihənin təbliğatçısına çevrilməliyidi. Görəvi isə birbaşa Heydər Əliyevdən almışdı.
- İndiki nöqtədən başlayanda əyləncli görünə bilər. Biz 10 motosikletçi bir çəllək neft götürdük. Mavi çəllək idi... Üstünə Azərbaycan və Türkiyə bayraqlarının rəsmi çəkilmişdi. Bakıdan yola çıxdıq. Keçdiyimiz kəndələrdə sakinlərlə görüşürdük. Təndirə yapılan çörəkdən kəsirdik, pürrəngi çaya qonaq olurduq. Və layihə haqqında danışırdıq...

"Tomas Qoltz yoruldu, bıkdı artıq"

İlk görüşümüzdə söhbətimiz Xocalı ilə bağlı idi. Hər şeyi yerli-yerində danışmışdı. Necə Ağdama getməsini, Ayaz Mütəllibov iqtidarının qadağısına baxmayaraq, xarici jurnalist kimi cəbhə xəttini keçməsini, Ağdam məscidində 450 meyit saymasını. Sonra demişdi ki, bunların hamısını "Azərbaycan gündəliyi" kitabımda yazmışam. İstanbulda, Ayvalıqdakı villasında yazmışdı. Doktor olan türk həyat yoladaşı da yardımçısı olmuşdu. Bu dəfə Xocalı ilə bağlı başladığım sualı ağzımda qoydu....
- Bitdi... Bilirsiniz, hər şey o kitabda var. Və Tomas Qoltz yoruldu, bıkdı artıq. Tək Xocalımı? Mən Azərbaycana gələndə çörək üçün intihar edirdilər, evlərdə aclıq idi. İndi ölkə abadlaşıb və güclü bir dövlətə çevrilib. Bir gündə 460 meyit gətirilən ölkə gül-çiçək içində Amerika və Rusiya ilə eyni cərgədə addımlayır. Bu nə sualdı?
- Çünki dediyiniz "Azərbaycan gündəliyi" hələ ortada yoxdur. Azərbaycan kitab bazarındakı bütün köşələri aradım, yoxdur.
- Niyə yoxdur? Bu sualı ver və izah edim. Kitab 1998-ci ildə çap olundu. Bir il sonra qalın cilddə yenidən nəşr edildi. Amerikada ingilis dilində çıxan kitabı şəxsən Heydər Əliyevin göstərişi ilə Azərbaycan dilinə tərcümə etmək üçün məndən aldılar. Və desəm ki bu günə qədər o kitab tərcümə olunmayıb, o zaman axtardığınız kitabı nədən tapa bilmədiyiniz aydın olar sizə.
- Niyə bu qədər vacib bir kitab hələ çap olunmayıb?
- Cünki kitabda Xocalı ilə bağlı hardasa 50 səhifəlik bir bölüm var. Onu tərcümə etdilər və işlərini bitmiş hesab etdilər. Kitabın yerdə qalan qisminin tərcüməsini oxuyanda dəli oldum. Elə bir bərbad tərcümə idi ki... Çox məşhur bir yazara 20 səhifə göndərdim, oxuyub geri verdi və soruşdu ki, bu hansı dildə yazılıb?...
- Gündəliyinizdə daha hansı bölümlər var?
- Bakı-Ceyhan neft kəməri haqqında. İlk söhbətə başlayanda dedim axı sizə, əyləncəli gələ bilər, amma o kəmərin çəkilməməsi üçün nələrə əl atmadılar? Heydər Əliyəv və Şeverdanzenin görüşündə sui-qəsd hazırladılar. Nəçə dəfə Heydər Əliyevə qəsd düzənləndi.

"Qarabağ" futbol klubu haqqında sənədli bir film çəkirik"

- İndi hardasınız – Bakıda, Amerikada, yoxsa Türkiyədə?
- Hər 3 məkanda. Bakıda "Azərbaycan gündəliyi"ni təkrar tərcümə etdiririk. Uğurlu olacağına inanmasam belə son dəfə cəhd edəcəyəm. Bundan başqa, Azərbaycanın "Qarabağ" futbol klubu haqqında sənədli bir film çəkirik. Və bu futbol klubunun tarixi üzərindən Qarabağ savşına işıq salmağa çalışırıq. İkinci bir sənədli film şərti olaraq "Azərbaycan xarici jurnalistlərin gözü ilə" adlanan bir filmdir. Filmdə1990-cı illərdən başlayaraq Azərbaycanla əlaqə quran, Qarabağ savaşından süjetlər hazırlayan teleoperatorlar, reportyorlar və jurnalistlər danışırlar.

Kəbutər Haqverdi
BayMedia-nın Türkiyə təmsilıçisi