Böyük Britaniya ilə müxtəlif iqtisadi sahələrdə birgə fəaliyyətin təşviqi müzakirə edilib
Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib
Biznesin İnkişafı Fondu ASC-yə çevrilib, nizamnaməsi təsdiq edilib
Orta müddətli dövrdə dövlət mülkiyyətində saxlanılacaq müəssisələrin siyahısı dəyişib
“Yüksəliş” müsabiqəsinin 2026-cı ildə keçirilməsinə bir milyon manat ayrılıb
2 Dekabr 2024 10:47
5 523
"Tanınmış hüquqşünas Səməd Vəkilovun Ankara Böyükşəhər Bələdiyyəsi başqanı Mənsur Yavaşa Türk dünyasının böyük oğlu Əhməd bəy Ağaoğlunun 1976-cı ilə qədər adına daşıyan küçənin yenidən qaytarılması ilə bağlı müraciəti qardaş Türkiyə mediasında geniş yayılmaqdadır. Dünən Səməd Vəkilovun açıqlaması Böyük Britaniyada yaşayan türklərin aparıcı media orqanı olan və mərkəzi ofisi Londonda yerləşən "Eurovizyon.co.uk" saytında da yayınlandı".
Bu sözləri xalqcəbhəsi.az-a diaspor məsələləri üzrə ekspert Türk Ağsaqqalları İctimi Birliyinin(TAİB) sədr müavini Elnur Eltürk çıxış edib.
Ekspert qeyd edib ki, artıq prosesə Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini, İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri, saxta “erməni məsələsi” üzrə tədqiqatçı-yazar Sərdar Ünsal da qoşularaq media vasitəsilə bələdiyyə sədrinə müraciət edib:
"Türkiyədə fəaliyyət göstərən dərnək sədrlərindən, yazarlardan da bu istiqamətdə müraciətləri gözləyirəm. İnanıram ki, edilən müraciətlər müsbət nəticəsini verəcək. Ankara bələdiyyəsi tərəfindən bu addım atılarsa, iki qardaş ölkə arasında münasibətlərimizin inkişana uğurlu töhfə olacaq".
Qeyd edək ki, Ə.Ağaoğlunun adını daşıyan küçə 1976-cı ildə Vyana küçəsi ilə dəyişdirilib.