Böyük Britaniya ilə müxtəlif iqtisadi sahələrdə birgə fəaliyyətin təşviqi müzakirə edilib
Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib
Biznesin İnkişafı Fondu ASC-yə çevrilib, nizamnaməsi təsdiq edilib
Orta müddətli dövrdə dövlət mülkiyyətində saxlanılacaq müəssisələrin siyahısı dəyişib
“Yüksəliş” müsabiqəsinin 2026-cı ildə keçirilməsinə bir milyon manat ayrılıb
17:30
707
Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO arasında 2025-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı (IPCP) çərçivəsində Bakıda NATO-nun Brunssumda yerləşən Müştərək Qüvvələr Komandanlığının mobil təlim qrupunun ekspertləri ilə nazirliyin mütəxəssisləri arasında “Tərəfdaş ölkələrin qabiliyyət uyarlılığı təşəbbüsü” təliminin II koordinasiya görüşü keçirilib.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, general-mayor Vüqar Əliverdiyev Azərbaycan hərbçilərini NATO standartları ilə tanış etmək, onlara operativ planlaşdırma, komanda-idarəetmə prosedurları, NATO üslublu təlimlərin operativ və taktiki səviyyədə planlaşdırılması, o cümlədən icrası barədə biliklər vermək məqsədilə NATO-nun mobil təlim qrupunun təşəbbüsü ilə Azərbaycan-NATO arasında IPCP çərçivəsində mütəmadi olaraq təlim və kursların keçirildiyini bildirib.
Planlaşdırılan təlimin Azərbaycan-NATO əməkdaşlığının daha da dərinləşməsinə, Azərbaycan Ordusunun NATO standartlarına uyğun operativ hazırlıq səviyyəsinin artırılmasına, kollektiv təhlükəsizliyin möhkəmləndirilməsinə, həmçinin regionda sülhə və sabitliyə mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.
Azərbaycan Ordusunun hərbi qulluqçularının sülhməramlı missiyalarda, eləcə də NATO ilə tərəfdaşlıq çərçivəsində digər sahələrdə peşəkar fəaliyyətinin müsbət qiymətləndirildiyi qeyd olunub.
Görüşdə, həmçinin maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, təlimin keçirilməsi ilə bağlı qarşılıqlı anlaşma protokolu imzalanıb.

