İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
10 Dekabr 2025 11:59
4 263
10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən virtual sərgi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materialda Beynəlxalq İnsan Hüquqları Gününün təsis edilməsi haqqında məlumat, ölkəmizdə bu istiqamətdə imzalanmış rəsmi sənədlərin tam mətni təqdim edilir. Virtual sərgidə “İnsan hüquqları ümumi bəyannaməsi və Azərbaycan Respublikasının Konstitusiyası”, “Beynəlxalq insan hüquqları hüququnun implementasiyası və tətbiqi sistemləri: orqanlar və mexanizmlər”, “BMT-nin biznes və insan hüquqları üzrə rəhbər prinsiplərinə ümumi baxış”, “Müasir beynəlxalq hüquqda insan hüquqları, əhali və miqrasiya problemləri”, “Avropa insan hüquqları məhkəməsi” kimi 15-dən çox kitabın və “Azərbaycanda insan hüquqlarının müdafiəsi dövlətin ali məqsədidir”, “Beynəlxalq ictimaiyyətə nümunə ola biləcək humanizm prinsipləri”, “Azərbaycanda insan hüquq və azadlıqlarının inkişafı davamlı prosesdir” kimi məqalələrin tam mətni yer alır.
Virtual sərgi kitabxananın rəsmi saytında yerləşdirilib.
25 Mart 16:21
1 281
23 Mart 22:02
2 667
23 Mart 17:27
2 940