Böyük Britaniya ilə müxtəlif iqtisadi sahələrdə birgə fəaliyyətin təşviqi müzakirə edilib
Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib
Biznesin İnkişafı Fondu ASC-yə çevrilib, nizamnaməsi təsdiq edilib
Orta müddətli dövrdə dövlət mülkiyyətində saxlanılacaq müəssisələrin siyahısı dəyişib
“Yüksəliş” müsabiqəsinin 2026-cı ildə keçirilməsinə bir milyon manat ayrılıb
17:28
693
2-ci sinif üzrə kiçik summativ qiymətləndirmədə (KSQ) narazılığa səbəb olan tapşırığa aydınlıq gətirilib.
MÜTDA-dan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, paylaşım edilmiş hissə ümumi təhsil müəssisələrində istifadədə olan 3-cü siniflər üçün dərsliklərdə mövcud deyil.
Qeyd olunub ki, belə bir test tapşırığı təhsili idarəetmə orqanları tərəfindən ümumi təhsil müəssisələrinə təqdim olunmayıb: “Mənbəyi məlum olmayan hər hansı çap materialının dərslik və ya tədris vəsaiti kimi ictimaiyyətə təqdim edilməməsi, həmçinin əsassız və dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması xahiş olunur”.
Qeyd edək ki, paylaşımda "Atam həyətdə … doğrayır" cümləsindəki üç nöqtənin yerini variant kimi verilmiş "odun" və "adam" sözlərindən biri ilə doldurmaq tələb olunur.